Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama | 11:52 Bakıda kütləvi dava: Üç nəfər bıçaqlandı | 11:41 Abşeronda 89 yaşlı qadın zəhərlənib öldü | 11:37 Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa | 11:28 Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar | 11:16 Bakıda qadın sürücü qəza törətdi, ölən var | 11:11 Alyona Əliyeva COP31-dən paylaşım edib - Foto | 11:08 MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır | 11:03 Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi | 23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı |
Mojo.az Avto
Mojo.az Avto

Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - Video

22.09.2026 16:38 381
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - Video
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəh qəsəbəsində yerləşən ictimai çimərlikdə sahilyanı təmizlik aksiyası keçirilib.

Çimərlik mövsümünün bitməsi ilə əlaqədar IDEA tərəfindən "Sahillər təmiz qalsın!" şüarı altında Ümumdünya Təmizlik Günü (World Cleanup Day) çərçivəsində təşkil olunan aksiyada 150-dən çox könüllü iştirak edib. Aksiya zamanı sahilyanı ərazilərdən 2 tondan çox tullantı toplanıb. Zəruri sanitar ləvazimatlarla təmin olunmuş könüllülər tərəfindən toplanan tullantılar "Təmiz Şəhər" ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna təhvil verilib.

Aksiyanın əsas məqsədi dəniz sahillərinin təmiz saxlanılmasını təşviq etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə çirkləndirilməsinin qarşısının alınmasına diqqəti artırmaq və ictimaiyyəti dəniz və sahilyanı ekosistemlərin mühafizəsinə daha fəal cəlb etməkdir.

Qeyd edək ki, IDEA İctimai Birliyi Xəzər dənizinin bioresurslarının qorunması, sahilyanı ərazilərin təmiz saxlanılması və cəmiyyətdə ekoloji məsuliyyətin gücləndirilməsi istiqamətində mütəmadi olaraq müxtəlif maarifləndirici və praktiki ekoloji təşəbbüslər həyata keçirir.

IDEA hər kəsi təbiətin mühafizəsinə məsuliyyətlə yanaşmağa, sahillərimizin təmizliyini qorumağa və gələcək nəsillər üçün daha sağlam, təmiz və dayanıqlı ətraf mühitin formalaşdırılmasına töhfə verməyə çağırır.

Son xəbərlər