Mojo.az Banner
14:07 Bakıya dayanmadan yağış yağacaq  |     14:02 Naftalanda hoteldən əcnəbinin meyiti tapıldı  |     13:50 Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir  |     13:43 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü  |     13:24 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı  |     13:24 Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub  |     13:23 Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü  |     13:22 Astarada maşın dərəyə aşdı: Ölən var  |     13:14 Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA  |     13:00 14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi  |     12:52 "70 cür yemək yeyirlər, sonra zəhərlənirlər" – Mütəxəssis  |     12:45 Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video  |     12:43 Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya  |     12:39 Əli Əsədovdan cərimə duracaqları və qarajlarla bağlı mühüm qərar  |     12:37 Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar  |     12:33 Azərbaycan nefti bahalaşıb  |     12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |     11:55 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video  |     11:53 Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Görədil çimərliyində növbəti təmizlik aksiyası təşkil olunub - FOTO

04.06.2019 23:19 1 957
Görədil çimərliyində növbəti təmizlik aksiyası təşkil olunub - FOTO
İyunun 1-də IDEA İctimai Birliyinin təşkilatçılığı və Binəqədi rayon icra hakimiyyətinin dəstəyi ilə daha bir sahilyanı təmizlik aksiyası keçirilib. Çimərlik mövsümünün açılışı ilə əlaqədar keçirilən aksiyaya 100 nəfərdən çox gənc könüllü qoşulub.

Median.Az
Trend-ə istinadən bildirir ki, Görədil çimərliyində təşkil edilən aksiya üçün xüsusi olaraq ictimai çimərlik seçilmiş, insanların rahat, təmiz və təhlükəsiz məkanda pulsuz istirahət edə bilməsi üçün ərazidə söhbətgahlar, kölgəliklər və paltar-dəyişmə yerləri inşa edilmiş, sanitar qovşaq quraşdırılmış, voleybol üçün meydança salınmış, zibil qutuları yerləşdirilmişdir.

Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları DJ-lərin səsləndirdiyi musiqi sədaları altında 4,4 hektar ərazisi olan çimərlikdən 2 tona yaxın tullantı toplamışlar. Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika cəlb olunmuşdur.

"Sahillər təmiz qalsın" şüarı altında keçirilən təmizlik aksiyası Xəzər dənizi sahillərində çoxsaylı gənclərin iştirakı ilə baş tutan sayca 12-ci aksiyadır.

2019-cu il çimərlik mövsümü ərəfəsində keçirilən ilk aksiya iki gün oncə Novxanı çimərliyində baş tutmuşdur. Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş daha bir kütləvi təmizlik aksiyasının keçirilməsi iyunun 8-ə planlaşdırılıb.

Tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

İstirahət mövsümünün gəlişi ilə əlaqədar, IDEA İctimai Birliyi bir daha hər kəsi təbiətin bizə bəxş etdiyi nemətlərdən qayğıkeş şəkildə istifadə etməyə, indiki və gələcək nəsillərin rifahı naminə ətraf mühiti qorumağa çağırır.

скачать dle 11.3
Mojo.az Banner