Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Şüvəlan çimərliyinin dəniz sahili tullantılardan təmizlənib

12.06.2021 19:22 1 329
Şüvəlan çimərliyinin dəniz sahili tullantılardan təmizlənib
"Təmiz hövzələr" aksiyası çərçivəsində növbəti genişmiqyaslı sahilyanı təmizlik aksiyasına başlanılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ictimai qurumların nümayəndələrinin, könüllülərin iştirakı ilə Xəzər dənizinin sahil akvatoriyası, Kür çayı və digər daxili su hövzələrinin sahilboyu ətraf əraziləri tulantılardan təmizlənir.

"Report" xəbər verir ki, belə tədbirlərdən biri Şüvəlan çimərliyinin dəniz sahili ərazisində keçirilib.

Aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA İctimai Birliyinin nümayəndələri, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə Rezident nümayəndəsi Alessandro Frakasetti, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak və ekokönüllülər iştirak edib.

Şüvəlan çimərliyinin 2 hektara yaxın sahil zolağı plastik və digər tullantılardan təmizlənib və tullantılar təkrar emal üçün “AzEkol” şirkətinə təhvil verilib.

"Təmiz hövzələr" aksiyasının keçirilməsində məqsəd daxili su hövzələrinin sahilboyu ətraf ərazilərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin plastik və məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaq və bu işlərə daha geniş kütləni cəlb etməklə ölkənin sahilboyu ərazilərinin təmizliyinə nail olmaqdır.
скачать dle 11.3
Mojo.az Banner