Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:25 Dələduzluğa görə həbs edilən 74 yaşlı qadının FOTOSU | 13:22 Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu | 13:08 Hikmət Hacıyevdən Azərbaycan Televiziyası və Radiosu Günü ilə bağlı paylaşım - FOTO | 13:06 Taksi sürücüləri üçün yenilik: Daha çox vergi ödəyəcəklər | 13:04 Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq | 13:03 İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər | 13:02 Azərbaycanda çips niyə vergiyə cəlb olundu? | 13:00 Yas məclisində gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı | 12:59 Meksika mətbuatı Prezident İlham Əliyevin strateji liderliyini yüksək qiymətləndirib - FOTO | 12:58 "Sabah"ın məğlubiyyətindən sonra Azərbaycanın UEFA reytinqində mövqeyi | 12:57 Bəzi şəxslər dövlət rüsumundan azad ediləcəklər | 12:56 Yük maşını bataqlığa düşdü - Vətəndaşlar köməksiz qaldılar | 12:55 Meteohəssas insanların nəzərinə: Yerdə maqnit qasırğası baş verəcək | 12:54 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü | 12:53 Maliyyə Nazirliyinin səlahiyyətləri artırıldı | 12:51 Azərbaycanda tanınmış xanəndənin əri həbs olundu | 12:50 Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq | 12:48 Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq | 12:41 İşləməyə ehtiyacı olmayan şəxslər qeydiyyata alınacaqlar | 12:40 Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda icra başçısına sui-qəsd hazırlamaqda ittiham olunan şəxsə HÖKM OXUNDU

18.06.2025 12:29 1 203
Azərbaycanda icra başçısına sui-qəsd hazırlamaqda ittiham olunan şəxsə HÖKM OXUNDU
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən Bəhruz Əskərovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
"Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, DTX-də aparılan araşdırmalar zamanı 1988-ci il təvəllüdlü Bəhruz Əliməmməd oğlu Əskərov digər şəxslərlə əlaqəyə girərək Azərbaycan ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməkdə şübhəli bilinərək saxlanılıb.

İttihama görə, Bəhruz Əskərov Azərbaycanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.

Ona Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui-qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər