Mojo.az Banner
16:07 Azərbaycanda yaşlıların ən çox yaşadığı rayonlar  |     15:24 Azyaşlı binanın damında velosiped sürdü – Polis araşdırmaya başladı (VİDEO)  |     15:14 Azərbaycandan tranzit keçməklə Ermənistana propan qazı göndəriləcək  |     15:11 Misir və Azərbaycan arasında vizasız rejim tətbiq olunacaq?  |     15:04 Dünya bazarında "Brent" markalı neft ucuzlaşdı  |     14:58 "Arzum" yenidən hakim qarşısına çıxarılacaq  |     14:54 Tbilisidə öldürülən Fatimə ilə bağlı RƏSMİ AÇIQLAMA  |     13:25 Azərbaycan şahinlərinin təlimindən MÖHTƏŞƏM GÖRÜNTÜLƏR - Video  |     13:17 Partlayışda ölən qız qəbul imtahanından yüksək bal toplayıbmış  |     13:11 Venesuelada zəlzələ qurbanlarının sayı artmaqda davam edir - SON STATİSTİKA  |     13:09 Paşinyan seçkilərdən sonra ilk işgüzar səfərini Rusiyaya etdi  |     13:07 Tramp və Zelenski Ankarada görüşəcək  |     13:06 Yerin orbital sürəti minimumadək yavaşlayacaq  |     13:05 Qırmızı vərəqə aldı, amma oynayacaq: FIFA Baloquna yaşıl işıq yandırdı  |     12:53 Bakının mərkəzində PULSUZ mikroavtobuslar fəaliyyətə başladı - FOTO  |     11:41 Bakıda DƏHŞƏT: Kişi gəlinini narahat edən şəxsin üzərindən avtomobillə keçdi  |     11:37 Oğuza istirahətə gedən 49 yaşlı kişi öldü  |     11:27 II və III qruplar üzrə qəbul imtahanının düzgün cavabları açıqlandı  |     23:02 Azərbaycandan sonra daha bir ölkədə “Rus Evi” bağlandı  |     22:53 Çində yanacaq kəskin ucuzlaşdı  |    
Left Banner
Right Banner

İcra başçısına qarşı sui-qəsd planı: Bəhruz Əskərovun cinayət işində YENİ TƏFƏRRÜAT

04.03.2025 22:55 630
İcra başçısına qarşı sui-qəsd planı: Bəhruz Əskərovun cinayət işində YENİ TƏFƏRRÜAT
Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova sui-qəsd hazırlamaqda təqsirləndirilən Bəhruz Əskərovun cinayət işinin növbəti məhkəmə baxış iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda Bəhruz Əskərovun vəkili Nüşabə Ağayeva zərərçəkən Taleh Qaraşovun məhkəməyə çağırılmasının zəruri olduğunu vurğulayıb.

Dövlət ittihamçısı isə öz növbəsində zərərçəkmişin ibtidai istintaqa verdiyi ifadəsinin elan olunmasını istəyib.

Prosesdə Taleh Qaraşovun iclasda iştirak etməyi üçün bildiriş göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Məhkəmənin növbəti iclası 1 aprelə təyin olunub.

Xatırladaq ki, DTX tərəfindən cinayət məsuliyyətinə cəlb olunan B.Əskərova qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui-qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verməkdə ittiham olunur.

Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Bəhruz Əskərovun tutularaq, Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner