Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

"Tesla" avtonom nəqliyyat qəzalarını ictimaiyyətdən niyə gizlətməyə çalışır?

11.06.2025 23:03 711
"Tesla" şirkətinin avtonom idarəetmə texnologiyası ilə bağlı ciddi şübhələr mövcuddur və baş verən qəzalar bu narahatlığı daha da artırır.

"Reuters" agentliyinin yaydığı yeni xəbərə görə, "Tesla" şirkəti bu qəzaların və texniki məlumatların ictimaiyyətə sızmaması üçün ciddi səylər göstərir.

Avtomatik idarəetmə sistemlərinə və sosial şəbəkələrdə avtonom sürüşdə istifadə edilən "Tesla" avtomobillərinin yayımlanan videolarına aldanan bir çox insanın ölümcül qəzalara səbəb olduğu uzun müddətdir iddia edilir. Minlərlə kilometr problemsiz hərəkət edən bir avtomobilin təhlükəsiz olması anlamına gəlmir; çünki düzgün olmayan bir şəraitdə texnologiyanın cəmi bir anlıq dayanması belə, saatda 150 km sürətlə hərəkət edən 2 tonluq bir vasitəni ölüm maşınına çevirə bilər.

"Tesla" isə bu cür hadisələrin ictimaiyyətə açıqlanmaması üçün apardığı fəaliyyətlə ABŞ-ın Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsi (NHTSA) kimi tənzimləyici qurumlarla olan gərgin münasibətlərini daha da dərinləşdirir. Bu qurumlar, belə hadisələrlə bağlı telemetriya məlumatları, avtomobil daxilindəki kameraların görüntüləri və sistem qeydləri kimi vacib məlumatların "Tesladan təqdim edilməsini tələb edirlər. Qurumlara görə, bu məlumatlar oxşar hadisələrin qarşısını almaq və səbəbləri anlamaq üçün həyati əhəmiyyət daşıyır.

Ancaq "Tesla" bəzi hallarda bu məlumatların və ya araşdırma nəticələrinin ictimaiyyətə açıqlanmasının şirkətin əqli mülkiyyətinə zərər verəcəyini və ya yanlış anlaşılmalara səbəb olacağını iddia edir. Şirkət, bu məlumatların kommersiya sirri və mühəndislik həssaslığı baxımından qorunmalı olduğunu bildirir.

Digər tərəfdən, təhlükəsizlik və şəffaflıq tərəfdarları isə bu cür məlumatların tam açıqlanmasının ictimai maraq baxımından vacib olduğunu düşünür. Onlara görə, sürücülər və ümumi ictimaiyyət, avtonom idarəetmə sistemlərinin real performansı və potensial riskləri barədə dəqiq və tam məlumat almalıdır.

Sosial şəbəkələrə nəzər saldıqda isə "Tesla" sahiblərinin avtonom sürüş rejimində çəkdikləri videoları böyük bir fəxrlə "TikTok" və "Instagram" kimi platformalarda paylaşdıqları görünür. Bu videolar vasitəsilə texnologiyanın təhlükəsiz olduğu imici yaradılır. Lakin bu, ciddi bir yanlış anlamadır. Çünki "Tesla" özü belə, sürücülərə sürüş zamanı əllərini sükan üzərindən çəkməmələri üçün daimi xəbərdarlıq edir.

Bununla belə, yüzlərlə kilometr məsafəni sükan arxasında yataraq keçməyə cəsarət edən "TikTok" nəsli sürücüləri səbəbilə çox sayda insan həyatını itirir, ağır xəsarət alır və ya ciddi maddi zərərlərlə üzləşir.

Bu hadisələr fonunda "Tesla" şirkətinin təhlükəsizlik məlumatlarını gizlətmək üçün göstərdiyi səylər, ictimai maraq və kommersiya maraqları arasındakı balansın harada qurulmalı olduğu sualını gündəmə gətirir.
//valyuta.az

Son xəbərlər