Mojo.az Banner
19:43 Motosiklet qəzasında ölən Nihadın FOTOSU  |     19:35 Ötən həftə 1 959,5 hektar ərazi minalardan təmizlənib  |     19:30 Sabah 39 dərəcə isti olacaq  |     19:24 Ermənistanda Azərbaycan dili dərslikləri təqdim edildi  |     19:15 Lənkəranda evlərdən oğurluq edən şəxs həbs olundu  |     19:10 Şuşada 1 ton çətənə kolu məhv edildi  |     19:04 Türkiyədə bələdiyyə sədri və əri saxlanıldı - Evində axtarış aparılır  |     18:59 Formula 1 üzrə Belçika Qran-Prisinin qalibi müəyyənləşdi  |     18:51 9 nəfərin meyiti aşkarlanıb  |     18:43 Bakıda istirahət məkanlarına “ucuz bilet” satan şəxs saxlanıldı - Video  |     18:38 Xəzər dənizində neft tankeri vuruldu - Kapitan öldü  |     18:26 Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edilib  |     18:19 Dünya çempionu olan İspaniya futbolçularının maraqlı vədləri bəlli oldu  |     18:04 Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlandı  |     17:50 Qumarda uduzdu, DGK-da iş vədi ilə 29 minlik dələduzluq etdi  |     17:39 Gilas adını dəyişmək istədi, məhkəmə "yox" dedi  |     17:32 Bu nazirlik üçün xidməti avtomobil limiti artırıldı  |     17:24 Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq?  |     17:16 Gömrük rüsumları ilə bağlı dəyişiklik: Siyahıya yeni qrup əlavə edildi  |     17:09 Qazaxda DƏHŞƏT: Ata və qızı göldə batdılar  |    
Left Banner
Right Banner

"2700 manat təklif edib, bizi binadan çıxarmaq istəyirlər" - Bakıda dövlət adından söküntü aparılır?

11.06.2025 22:57 564
Bakı şəhəri, Səbail rayonu, Mikayıl Useynov küçəsi, 14 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının sakinləri icazəsiz söküntü işlərindən narazıdırlar.

Median.Az
xəbər verir ki, sözügedən binada yaşayan sakin Azər Kazımov Oxu.Az-a açıqlamasında qeyd edib ki, binanın fasadına və konstruktiv sütunlarına kuvalt və lom kimi alətlərlə zərbələr endirilir.

Vətəndaşın sözlərinə görə, Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları heç bir hüquqi əsas olmadan, sənədsiz-sübutsuz söküntü işlərini həyata keçirirlər:

"Söküntü işləri mayın 9-dan bu günə qədər davam edir. İşçilər əvvəlcə icra hakimiyyətinin əməkdaşları olduqlarını etiraf edirdilər, indi isə bunu inkar edirlər. Binanın dayaqları dağıdılır, bizim həyat və sağlamlığımız təhlükə altındadır. Bayram günlərində - 9 May, 28 May, eləcə də Qurban bayramı zamanı, insanlar evdə olmadıqda gizli şəkildə dağıntı işlərini davam etdirirlər. Bundan əlavə, psixoloji təzyiq göstərmək məqsədilə Qurban bayramında işığımızı kəsdilər. "Azərişıq" ASC-dən belə göstəriş vermədiklərini bizə dedilər.

Bu da o deməkdir ki, özbaşınalıq edərək işığımıza müdaxilə ediblər. İki gün öncə isə digər təzyiq metodu kimi su xəttimizi dağıtdılar.

Baş verənlərlə bağlı Səbail Rayon İcra Hakimiyyətinə rəsmi məktub ünvanlamışıq. Lakin məktubun qəbul olunmasından 18 iş günü keçməsinə baxmayaraq, nə cavab verilib, nə də söküntü işlərinin hüquqi statusuna dair hər hansı məlumat təqdim olunub".

Azər Kazımov əlavə edib ki, işlər dövlət adından aparılsa da, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəsmi cavabında qeyd edir ki, onların bu layihə ilə bağlı nə məlumatı, nə də tapşırığı mövcuddur:

"Həmçinin Maliyyə Nazirliyinə etdiyimiz müraciətə cavab olaraq bildirilib ki, binanın sökülməsi ilə bağlı nazirliyə heç bir tapşırıq daxil olmayıb, onlara müraciət edilməyib. Əgər köçürülmə dövlət hesabına aparılmırsa, icra hakimiyyəti hansı əsasla kvadratmetrə görə 2 700 manat təklif edərək bizi binadan çıxarmağa çalışır? Bu vəsaitin mənbəyi nədir? Dövlətin adı bu prosesdə niyə hallanır? Görünən odur ki, dövlətin adından kiminsə şəxsi işi həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyinə müraciətimizə cavab olaraq bildirdilər ki, söküntü işləri dayandırılıb. Lakin faktiki olaraq bu gün də söküntü işləri davam edir. Bu isə rəsmi qərarların icra olunmaması və nəzarət mexanizmlərinin işləmədiyini göstərir. Zərbə lomla yox, hüquqla vurulmalıdır".

"Azərişıq" ASC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, Qurban bayramında sözügedən ərazidə işığın kəsilməsi ilə bağlı tapşırıq verilməyib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən də sorğumuza cavab olaraq suyun kəsilməsi ilə bağlı tapşırıq vermədiklərini vurğulayıblar:

"Ünvana suyun verilişi dayandırılmayıb, lakin ünvanda baş verən hadisələr su xətlərinin zədələnməsinə səbəb olur və bununla bağlı müvafiq rayon sukanal idarəsinin qəza briqadası əraziyə cəlb edilir".

Səbail Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bu fikirlər səsləndirilib:

"Səbail rayonu, Mikayıl Useynov küçəsi (keçmiş Neftçilər prospekti), 14 ünvanında yerləşən yaşayış binasının qəzalı vəziyyətdə olması ilə əlaqədar həmin binada yaşayan sakinlərin köçürülməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının 20.11.2013-cü il tarixli Sərəncamı təsdiq edilib. Belə ki, təsdiq olunmuş sərəncama əsasən, 2014-cü ildə həmin yaşayış binasında çoxsaylı mənzil və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri kompensasiya əsasında köçürülüblər.

Əlavə olaraq qeyd edirik ki, kompensasiya alan mülkiyyətçilərin qapı və pəncərələri özləri tərəfindən sökülərək götürülür".

İcra hakimiyyətinə kompensasiyanın hansı əsaslarla təyin edilməsi ilə bağlı verdiyimiz sual isə cavabsız qaldı.

Qeyd edək ki, məsələ ilə bağlı Maliyyə Nazirliyinə də sorğu ünvanlanıb.скачать dle 11.3
Mojo.az Banner