Mojo.az Banner
12:59 Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü  |     12:50 400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU  |     12:48 2026-2027-ci illərin tədris planları təsdiqləndi - Hansı yeniliklər var?  |     12:39 Gələcəkdə pensiya olmayacaq – ŞOK PROQNOZ  |     12:35 Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI  |     12:22 Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR  |     12:10 Gürcüstan Azərbaycana yeni səfir təyin etdi  |     12:09 Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika  |     12:08 Bakıda ağır avtoqəza - Ölən var  |     11:47 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama  |     11:45 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var  |     11:44 Üç ölkədən xəbərdarlıq: İran casus proqram təminatı yayır  |     11:42 Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: Xərçəng riski artır?  |     11:37 İkimərtəbəli evə üçüncü mərtəbə artırılır: İcra hakimiyyətinin xəbəri olmadan tikinti aparılır? - VİDEO  |     11:29 Ailə üzvləri ilə mübahisə etdi, yaşadığı evi yandırdı  |     11:25 Tanınmış azərbaycanlı iş adamı vəfat etdi - FOTO  |     11:21 Azərbaycan nefti bahalaşdı  |     11:16 Göygöldə "Chevrolet" aşdı - Yaralılar var  |     23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyanın "Match TV" kanalının Azərbaycanda yayımının dayandırılmasının səbəbi açıqlanıb

02.06.2025 18:02 774
Rusiyanın
"Multipleks və platforma operatorlarının retranslyasiya paketlərindən bir sıra idman televiziya kanallarının ("МАТЧ! ФУТБОЛ 1", "МАТЧ! ФУТБОЛ 2", "МАТЧ! ФУТБОЛ 3", "МАТЧ! ПРЕМЬЕРА", "МАТЧ! ИГРА", "МАТЧ! АРЕНА", "МАТЧ! СТРАНА", "МАТЧ!") çıxarılması ilə bağlı Audiovizual Şuraya vətəndaşlardan müraciətlər daxil olur".

Bu barədə Audiovizual Şura məlumat yayıb.

"Öncə qeyd olunmalıdır ki, "Media haqqında" Qanuna uyğun olaraq, Azərbaycan Respublikasında lisenziya alaraq fəaliyyət göstərən multipleks və platforma operatorları retranslyasiya etdikləri xarici televiziya kanallarını yalnız buna hüquq verən sənədləri (müqavilə, razılaşma, icazə, lisenziya və s.) Audiovizual Şuraya təqdim etmək şərti ilə retranslyasiya edə bilərlər.

Qanunvericiliyin bu tələbinə riayət olunmasının təmin edilməsi üçün Audiovizual Şura tərəfindən son illərdə müvafiq işlər həyata keçirilir. Bu məqsədlə operatorlarla çoxsaylı görüşlər keçirilib, onlara həm şifahi, həm də yazılı olaraq müvafiq tövsiyələr verilib. 2024-cü ilin sonlarından 2025-ci ilin mart ayınadək retranslyasiya paketlərinin monitorinqləri nəticəsində qeydə alınmış pozuntulara görə 20-dən çox operator barədə inzibati xəta haqqında protokol tərtib edilib və müvafiq məhkəmələrə göndərilib. Məhkəmə qərarlarına əsasən, həmin operatorların hərəsi 5 000 manat cərimə olunub", - məlumatda deyilir.

Bildirilir ki, bundan başqa, Audiovizual Şuranın apardığı araşdırmalardan məlum olub ki, yuxarıda adları qeyd olunan idman kanallarının Azərbaycan Respublikası ərazisində yayım hüququ yoxdur:

"Həmçinin həmin kanallarda yayımlanan bir sıra beynəlxalq idman yarışlarının ölkəmizdə müstəsna yayım hüququ bir sıra yerli yerüstü və platforma yayımçıları tərəfindən alınıb və onların televiziya kanallarında həmin yarışlar təqdim olunur.

Müstəsna və qeyri-müstəsna yayım hüququ əldə etmiş yayımçıların Audiovizual Şuraya etdikləri müraciətlərdən, habelə hazırda davam edən məhkəmə proseslərindən də aydın olur ki, "МАТЧ ТВ" kanallarının ölkəmizdə faktiki olaraq "pirat" yayımı onların qanunla qorunan mənafelərinə və iqtisadi potensialına ciddi ziyan vurur. Ümumiyyətlə, xarici televiziya kanallarının Azərbaycan Respublikası ərazisində operatorlar tərəfindən qanunsuz (icazə və ya razılaşma olmadan) retranslyasiyası ölkəmizin də bu sahədə imicinə ciddi xələl gətirir.

Qeyd olunan məsələləri nəzərə alaraq, Audiovizual Şura 13 may 2025-ci il tarixində bir daha multipleks və platforma operatorlarına rəsmi müraciət edərək retranslyasiya paketlərində "pirat" kanalların (o cümlədən, yuxarıda adları çəkilən idman kanallarının) yayımını dayandırmağı tələb edib və 01 iyun 2025-ci il tarixindən bu tələbə riayət etməyən operatorlara qarşı qanunauyğun tədbirlərin görüləcəyini bildirib.

Audiovizual Şura bir daha operatorların nəzərinə çatdırır ki, onların əhaliyə təqdim etdikləri retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu və həmin sənədin Audiovizual Şuraya təqdim edilməsi halında retranslyasiya oluna bilər. Bu istiqamətdə mütəmadi olaraq monitorinqlər həyata keçiriləcək və nəticələr barədə ictimaiyyətə açıqlamalar veriləcək".скачать dle 11.3
Mojo.az Banner