Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bu kanalların yayımı dayandırılacaq

09.07.2024 18:50 1 233
Azərbaycanda bu kanalların yayımı dayandırılacaq
Audiovizual Şurasının iclası keçirilib, iclasda bir sıra məsələlərə baxılıb.

İlk olaraq audiovizual media sahəsində fəaliyyətlə bağlı lisenziya alınması üçün müraciətlər müzakirəyə çıxarılıb və müvafiq qərarlar verilib.

Belə ki, Audiovizual Şuraya daxil olan müraciətlər və həmin müraciətlərin müvafiq yoxlamaları nəticəsində "Aznet Technologies" Qapalı Səhmdar Cəmiyyətinə universal platforma operatoru (operatorun xidmət adı: "Aznet" olmaqla) lisenziyası, "Metaflix" Məhdud Məsuliyyətli Cəmiyyətinə "Metaflix" xidmət adı ilə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyaları, "Megogo" Məhdud Məsuliyyətli Cəmiyyətinə "Megogo" xidmət adı ilə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyaları olmaqla ümumi 5 lisenziya verilib.

Daha sonra iclasda Audiovizual Şuraya daxil olan müraciətlər və həmin müraciətlər əsasında aparılmış monitorinqlər nəticəsində müstəsna yayım hüququnun pozulması ilə bağlı təsbit olunmuş faktlar müzakirə olunub. Monitorinqlər nəticəsində ATV televiziya redaksiyasının (kanalının) efirində 18 aprel 2024-cü il tarixdə saat 05.29-06.38 aralığında, ARB televiziya redaksiyasının (kanalının) efirində 21 may 2024-cü il tarixdə saat 03.05-04.33 aralığında, ARB Günəş televiziya redaksiyasının (kanalının) efirində 13 iyun 2024-cü il tarixdə saat 18.25-19.29 aralığında Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ digər audiovizual yayımçıya məxsus olan proqramların (bədii və cizgi filmlərinin) icazəsiz yayımlanması faktları öz təsdiqini tapıb. Şura üzvlərinin bu məsələnin diqqətdə saxlanılması ilə bağlı yayımçıları əvvəlki dövrlərdə xəbərdar etməsi və müvafiq tövsiyələr verməsini nəzərə alaraq bu dəfə həmin televiziya yayımçılarının (ARB 24 MMC-nin ARB kanalının, "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının ATV kanalının və RTV MMC-nin ARB Günəş kanalının) proqramlarının yayımının 11 iyul tarixində 3 saatlıq dayandırılması barədə müvafiq qərarlar qəbul olunub.

Son xəbərlər