Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Əmisini öldürməkdə təqsirləndirilən şəxs ölkədən qaçarkən hava limanında SAXLANILDI (Yenilənib)

30.05.2025 12:46 1 203
Əmisini öldürməkdə təqsirləndirilən şəxs ölkədən qaçarkən hava limanında SAXLANILDI (Yenilənib)
Lənkəranda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Oxu.az-ın əldə etdiyi məlumata görə, qətl hadisəsinə səbəb mülk davası olub.

Belə ki, qətlə yetirilən Vəliağa Səbziyevin ata evi onun adına olub. Ev əvvəllər Vəliağanın atası Mirağanın adına olsa da, atası rəhmətə gedəndən sonra ev və həyətyanı torpaq sahəsi ilə yanaşı atasının bütün əmlakı Vəliağanın adına rəsmiləşib. Amma Vəliağa ailəsi ilə birlikdə özünə məxsus digər evdə qalıb. Həmin ata mülkündə isə Vəliağanın digər qardaşı, qətli törətməkdə şübhəli bilinən Elgün Hüseynzadənin atası və qardaşları qalıb. Vəliağanın atası rəhmətə gedəndən sonra E. Hüseynzadənin atası qardaşı Vəliağadan evi adından çıxarmağı tələb edib. Amma Vəliağa nə mülkü, nə də həyətyanı sahəni adından çıxarıb.

İki qardaş arasından 15 ildən artıq mülk mübahisəsi gedib. Qardaşlar hətta mülk və həyətyanı sahə ilə bağlı bir neçə dəfə məhkəmə çəkişməsinə də çıxıblar. Lakin qanuni nümayəndə Vəliağa olduğundan məhkəmə mülk və torpaq sahəsinə müdaxilə edə bilməyib.

Qətldə təqsirli bilinən Elgün Hüseynzadə isə bir neçə il imiş ki, Rusiyada yaşayırmış. O, 3 ay öncə Rusiyada törətdiyi cinayətə görə bu ölkədən deportasiya edilərək Azərbaycana göndərilib.

Məlumatda bildirilir ki, iki gün öncə Vəliağa yenə həmin ünvana gələrək qardaşının ailəsindən evi tərk etməyi tələb edib və ailələr arasında dava olub.

Mayın 29-da axşam saatlarında Vəliağanın örüş sahəsinə getdiyini görən qardaşı oğlu E.Hüseynzadə evdən bıçaq götürərək onun arxasınca gedib. E.Hüseynzadə əmisindən ata mülkündən əl çəkməyi tələb edib, əks halda onu öldürəcəyini bildirib. Vəliağa isə mülkün ona məxsus olduğunu bildirib və ailəni məhkəmə yolu ilə evdən çıxaracağını deyib. Nəticədə E.Hüseynzadə əmisini çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirərək meyiti yolun kənarına atıb. O, qətl hadisəsini törədəndən sonra dərhal Lənkəran rayonuna, oradan isə Bakı Beynəlxalq Hava Limanına gəlib, Azərbaycanı tərk etmək istəyib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri tədbir nəticəsində E.Hüseynzadə oradaca saxlanılıb.

* * * * *

Lənkəranda örüş sahəsində meyiti tapılan kişinin qətlə yetirildiyi məlum olub.

Hadisə rayonun Vilvan kəndində baş verib.

Kənd sakini, 1957-ci il təvəllüdlü Vəliağa Mirzağa oğlu Səbziyev axşam saatlarında mal-qarasını gətirmək üçün örüş sahəsinə getsə də, geri qayıtmayıb. Ailə üzvlərinin axtarışları zamanı onun meyiti örüş sahəsində aşkarlanıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı oğlu, 2000-ci il təvəllüdlü Elşən Hüseynzadə saxlanılıb.

Son xəbərlər