Mojo.az Banner
22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |     22:32 Xalq artisti oğluna toy edir - VİDEO  |     22:21 İrandan paraplanla 65 kiloqram narkotik keçirilməsinin qarşısı alındı  |     22:13 Paytaxtın bu hissəsində təmir işləri tamamlandı  |     22:05 Natiq Cəfərli: "220 manat alanların ödənişi artırılmalıdır"  |     21:59 Sabah saat 10:00-dan qaz olmayacaq - bu ərazilərdə  |     21:51 Putinin xüsusi təyyarəsinin sirri: İçərisində nələr var?  |     21:45 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da həbs edildi  |     21:36 "Sabah" "Şəfa"ya qalib gəldi  |     21:27 Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza  |     21:19 "Sülh Körpüsü" Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib  |     21:01 DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?  |     20:41 DTX-dən əməliyyat: Azyaşlıları dini ayinlərə cəlb edən şəxs saxlanıldı  |     20:33 Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır  |     20:23 “Sovetski”də söküntü ərazisindən meyit tapıldı  |     20:16 "Neftçi" Elvin Camalov ilə yollarını ayırdı - RƏSMİ  |     20:05 Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR  |    
Mojo.az Avto
Mojo.az Avto

Lənkəranda əmisini öldürən 19 yaşlı şəxs həbs edildi

02.06.2025 13:43 687
Lənkəranda əmisini öldürən 19 yaşlı şəxs həbs edildi
Lənkəranda əmisini qətlə yetirməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Elşən Hüseynzadə barədə həbs qətimkan tədbiri seçilib.

Lənkəran Rayon Məhkəməsində E.Hüseynzadənin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmənin qərarı ilə təqdimat təmin edilib və E.Hüseynzadə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

İttihama görə, mayın 29-da axşam saatlarında Lənkəran rayonunun Vilvan kəndində 1957-ci il təvəllüdlü Vəliağa Mirzağa oğlu Səbziyev axşam saatlarında mal-qarasını gətirmək üçün örüş sahəsinə getsə də, geri qayıtmayıb. Ailə üzvlərinin axtarışları zamanı onun meyiti örüş sahəsində aşkarlanıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, mərhumun qardaşı oğlu, 2000-ci il təvəllüdlü Elşən Hüseynzadə saxlanılıb. O, hadisədən sonra ölkədən qaçmaq istəyərkən Bakı Beynəlxalq Aeroportunda yaxalanıb.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner