Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Tayvana xəbərdarlıq: Çin yeni amfibiya tanklarının kütləvi istehsalına başladı

28.05.2025 20:25 753
Tayvana xəbərdarlıq: Çin yeni amfibiya tanklarının kütləvi istehsalına başladı
Çində yeni ZTL-19 döyüş maşınlarının - "təkərli tanklar" və ya "təkərli BMP" kimi tanınan texnikaların - kütləvi istehsalına start verilib.

Qaynarinfo xəbər verir ki, "Defense Express" analitikləri bu addımı Tayvana mümkün hərbi müdaxilə hazırlığı ilə əlaqələndirir.

Ölkə daxilində bu texnikaların böyük dəmir yolu karvanı şəklində hərəkəti müşahidə olunub. Mütəxəssislərin fikrincə, bunlar Çin Xalq Azadlıq Ordusunun bölmələrinə təhvil verilən ilk seriyalı nümunələrdir. Mənbələrə əsasən, ZTL-19-un istehsalı yeni başlayıb.

ZTL-19 döyüş maşını, əvvəlki ZTL-11 BMP modelinin modernləşdirilmiş versiyasıdır. O, daha güclü silah və avadanlıqlarla təchiz olunub. Belə ki, maşın həm adi mərmilərlə, həm də idarəolunan raketlərlə atəş açmaq qabiliyyətinə malik 105 mm-lik topa sahibdir. Bundan əlavə, üst hissədə 12,7 mm-lik və əsas top ilə qoşa 7,62 mm-lik pulemyotlarla silahlandırılıb.

Yayımlanan görüntülərdə ZTL-19-un müasir atəşə nəzarət sistemi, tüstü pərdəsi yaratma vasitələri, su maneələrini keçmək üçün pervanelər, eləcə də lazer şüalanmasına qarşı xəbərdarlıq sistemi ilə təchiz olunduğu görünür. Tankın konstruksiyasında əvvəlki modelə nisbətən daha uzun gövdə nəzərə çarpır.


Əldə olan məlumatlara əsasən, maşın avto-doldurma sistemi ilə təchiz olunub; bu, qüllənin arxa hissəsinin formasından bəlli olur. Zirehli müdafiə sisteminə gəlincə, maşın 14,7 mm-lik silah atəşinə davam gətirə bilir. Çin mənbələri iddia edir ki, hətta 30 mm-lik mərmilərə qarşı da dayanıqlıdır, lakin bu iddia bəzi ekspertlərdə şübhə doğurur.

Müqayisə üçün, ZTL-11-in döyüş çəkisi 23,6 ton, maksimal sürəti isə 100 km/saatdır. Uzunluğu 8,8 metr, eni 3 metr, hündürlüyü 3,17 metr təşkil edir. Silahlanmaya görə ZTL-19-a oxşasa da, fərqli lülə dizaynına malikdir və lülə əyləci yoxdur.

Mütəxəssislər hesab edirlər ki, belə amfibiya texnikasının hazırlanması və geniş yayılması Çin tərəfindən Tayvana qarşı ehtimal olunan hücuma hazırlığın göstəricisidir. Çin böyük desant donanmasına malik olsa da, quru əməliyyatları üçün çevik və manevr qabiliyyətli zirehli texnikaya ehtiyac duyur.

ZTL-19-un az ümumi çəkisi sayəsində, iki belə maşını bir hərbi-nəqliyyat təyyarəsi ilə eyni anda daşımaq mümkündür ki, bu da logistik və operativ yerləşdirmə işlərini xeyli asanlaşdırır.

Ekspertlərin fikrincə, Çin Tayvana qarşı hücum ehtimalını artırıb. Çin ordusu son illər hərbi gücünü əhəmiyyətli dərəcədə artırıb və qısa zamanda əməliyyatlara başlamaq imkanına malikdir.

"Financial Times"a danışan Tayvanın hərbi rəsmilərindən biri bildirib ki, Çin Hərbi-Hava Qüvvələri və raket bölmələri istənilən an döyüşə başlamaq səviyyəsinə çatıb. Çin ordusunun əməliyyatları artıq Tayvana yönəlmiş desant qüvvələrinin liman yaxınlığında fasiləsiz təlimlərini, hərbi aviasiya bölmələrinin daimi hazırlıq vəziyyətini də əhatə edir.

Son xəbərlər