Mojo.az Banner
23:01 Beyləqanda kanalda bir nəfər batıb  |     22:54 İsrail "Hizbullah"ın elit bölməsinin komandirini MƏHV ETDİ  |     22:48 Bakıda müəllim küçədə yatdı, hər şeyi oğurlandı  |     22:44 Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi  |     22:42 Bakı-Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var  |     22:20 Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı  |     22:12 Qatlana bilən “iPhone Ultra” ilə bağlı diqqətçəkən iddia  |     22:08 Kartofun üzərindəki izlərə DİQQƏT EDİN – Zəhərlənə bilərsiniz  |     22:04 Mərakeşdə yüzlərlə miqrantın İspaniya anklavına daxil olmasının qarşısı alındı  |     21:57 Avropanın nəhəng çayı quruyur: Su səviyyəsi ANTİREKORD həddə  |     21:28 Bakı metrosunda xətlər ayrılır: İnterval nə qədər azalacaq? - Video  |     21:25 Azərbaycana payız bu tarixdə daxil olacaq  |     21:20 Azərbaycan XİN İndoneziyaya başsağlığı verib  |     21:13 Astarada 60 yaşlı kişi əncir dərərkən öldü  |     21:07 Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI  |     21:00 "Turan Tovuz" - "Fənərbağça" oyununun məkanı və vaxtı bilindi  |     20:55 Türkiyənin süni intellektlə çəkilən serialı təqdim olundu - VİDEO  |     20:46 İlk dünya çempionu olan boksçu vəfat etdi  |     20:41 Xərçəngə səbəb olan qidalar - SİYAHI  |     20:34 Cənubi Koreya Kim Çen Ina barışıq əli uzatdı  |    
Left Banner
Right Banner

Dünyanın ən çox zirehli maşını olan ölkələri - TOP-10

22.09.2025 22:46 567
Dünyanın ən çox zirehli maşını olan ölkələri - TOP-10
Dünyanın ən böyük zirehli maşın parklarına malik ilk 10 ölkə açıqlanıb.

Siyahını "Global Firepower" dərc edib. Siyahıda tanklardan zirehli personal daşıyıcılarına qədər maşınlar yer alıb:

1. ABŞ - 396 min 603

ABŞ 391 min 963 zirehli maşını ilə ən çox döyüş maşınına malik ölkə olub. Bunların arasında minlərlə "Stryker", "Bradley", MRAP maşını və 4 min 640 "M1 Abrams" kimi əsas döyüş tankı var.

2. Hindistan - 152 min 795

Hindistanın 148 min 594 zirehli personal daşıyıcısı və 4 min 201 tankı var. Bunların başında Rusiya istehsalı T-72 və T-90 əsas döyüş tankları gəlir. Mexanikləşdirilmiş dəstək üçün Arjun və BMP-2 piyada döyüş maşınları kimi yerli tanklar da mövcuddur.

3. Çin - 150 min 817

Çin, 44.017 zirehli personal daşıyıcısı və 6 min 800 tankla üçüncü yerdə qərarlaşıb. Parkında "Type-96" və "Type-99" əsas döyüş tankları ilə müasir ZBD-04 zirehli personal daşıyıcıları var.

4. Rusiya - 137 min 277

Rusiya əsasən T-72, T-80 və T-90 modellərindən ibarət olmaqla, 131.527 ZPD (Zirehli Personal Daşıyıcısı) və 5.750 tank olmaqla cəmi 137.277 zirehli maşına malikdir. BMP-3 piyada döyüş maşınları və müasir BTR seriyalı ZPD-lərlə təchiz olunmuş Rusiya, quru qoşunları üçün güclü bir park yaradıb.

5. Fransa - 111 min 147

Fransa, Avropa və dənizaşırı missiyalarda hərəkət qabiliyyəti, modulluq və sürətli yerləşdirməyə üstünlük verərək, "Leclerc" əsas döyüş tankları, VBCI piyada döyüş maşınları və təkərli VAB zirehli personal daşıyıcıları olmaqla, 110.932 ZPD və 215 tanka malikdir.

6. Almaniya - 83 min 556

Almaniya, zirehli maşınlarının 99.4%-ni "Fuchs" və "Boxer" kimi zirehli personal daşıyıcılarının yanında "Puma" və "Marder" kimi piyada döyüş maşınlarının təşkil etdiyi güclü bir quru qoşununa malikdir. Bir zamanlar "Blitzkrieg" (İldırım müharibəsi) ilə məşhur olan Alman qüvvələri hal-hazırda mərkəzində "Leopard 2" əsas döyüş tankları olan 296 tanka malikdir.

7. İtaliya - 73 min 680

İtaliya, 73.480 zirehli personal daşıyıcısı və 200 "Ariete" əsas döyüş tankına malikdir. Bunlar, NATO qüvvələrinin 2003-2004-cü illərdə İraqdakı əməliyyatı zamanı geniş şəkildə yerləşdirilib.

8. İran - 67 min 538

İran, 65 min 825 ZPD və 1.713 tank olmaqla cəmi 67 min 538 zirehli maşın saxlayır. Tankların çoxu T-72 kimi Sovet istehsalıdır; həmçinin "Zülfiqar" kimi yerli tanklar da mövcuddur. ZPD-lərin çoxu yerli istehsaldır.

9. Türkiyə - 63 min 411

Türkiyə, "Leopard 2A4" və M60 əsas döyüş tankları da daxil olmaqla, 61.173 zirehli personal daşıyıcısı və 2.238 tanka malikdir. Yerli istehsal ACV-15 zirehli personal daşıyıcıları, "Otokar" zirehli maşınları və "Altay" tankları da xidmətə girir.

10. Yunanıstan - 63 min 232

Yunanıstan, çoxu "Leopard 2" və "Leopard 1" olmaqla, 61 min 888 zirehli personal daşıyıcısı və min 344 tankın yanında BMP-1 piyada döyüş maşınları və "Leonidas" zirehli personal daşıyıcılarına malikdir.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner