Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Almaniya Ukraynaya yeni yardım paketi verib

18.04.2025 19:09 2 094
Almaniya Ukraynaya yeni yardım paketi verib
Almaniya bir ay sonra Ukraynaya verilmiş silahların siyahısını yeniləyib ki, bunlara başqa avadanlıqlarla yanaşı, 66 ədəd MRAP zirehli texnikası, IRIS-T SLM üçün 1 raket, ehtiyat hissələri olan 70 “Vektor” kəşfiyyat aparatı və digər silahlar daxildir.

Bunlar Almaniya hökumətinin saytında dərc olunan Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım siyahısında açıqlanıb.

Bundan əlavə, yeni paketə, xüsusən “Leopard 2” tankı üçün mərmilər, 4 kinetik müdafiə maşını (Diehl Defence), “Gepard ZSU” üçün 38 min patron, 3 “Zuzana 2” özüyeriyən artilleriya qurğusu, 27 min 155 mm-lik artilleriya mərmisi və 12 min 12 mm mərmi daxildir.

Berlin həmçinin Kiyevə 150 ədəd HF-1 hücum pilotsuz uçuş aparatı, 10 yerüstü pilotsuz uçuş aparatı, ehtiyat hissələri ilə birlikdə 6 “Bergepanzer 2” zirehli maşın, ehtiyat hissələri ilə birlikdə 4 ədəd “Wisent 1” zirehli mina təmizləmə maşını verib.

Yeni paketə həmçinin 41 yerüstü müşahidə radarı, 187 lazer məsafəölçən, 92 infraqırmızı durbin, 55 dalğıc skuteri, üç sərhəd maşını, 917 RGW-90 tank əleyhinə qumbaraatan və s. daxildir.//report

Son xəbərlər