Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |     11:37 Azərbaycan nefti ucuzlaşıb  |     11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |     11:28 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü (Yenilənib)  |     11:25 İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"  |     11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |     11:14 Hər il 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur  |     11:12 İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Pentaqon yeni raketlərin seriyalı istehsalına başladı

15.07.2025 11:40 945
Pentaqon yeni raketlərin seriyalı istehsalına başladı
Pentaqon ABŞ qoşunlarının strateji əhəmiyyətli regionlarda - Avropa, Arktika və Asiya-Sakit okean regionunda təchiz edilməsi üçün hazırlanmış "Precision Strike Missile" (PrSM) operativ-taktiki raketlərinin seriyalı istehsalına başlandığını elan edib.

Bu barədə Median.Az "RIA Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, 500 km-ə qədər uçuş məsafəsi olan yeni raket yaylım atəşli reaktiv sistemləri və yaxınmənzilli ballistik raketlər arasında ara keçid kimi yaradılıb. "Lockheed Martin" hərbi-sənaye korporasiyası tərəfindən hazırlanmış "PrSM" perspektivdə "ATACMS"i tam şəkildə əvəz etməlidir. Analitiklərin fikrincə, "ATACMS"in Ukraynaya tədarükü yeni raketlər üçün anbarların boşaldılması zərurəti ilə bağlı ola bilər. İnkişaf proqramı 2016-cı ildə başlayıb, ilk nümunələr isə 2023-cü ilin payızında qoşunlara təhvil verilib.

"PrSM" raketləri "M142 HIMARS" və "M270 MLRS" buraxılış qurğuları ilə uyğun gəlir. Eyni platformalar "ATACMS" raketlərinin buraxılması üçün istifadə edilib.

Baxmayaraq ki, yeni raketlər Avropaya da çatdırılacaq, lakin Pentaqon onların əsas tətbiq istiqamətinin Asiya-Sakit okean regionu olacağını bildirir. "PrSM"lər çoxdomenli taktiki qrupların - uzaqmənzilli raket silahlarına malik mobil bölmələrin vəzifələri nəzərə alınmaqla hazırlanıb ki, ABŞ bunları Cənubi Çin, Şərqi Çin və Sarı dəniz sularında yerləşdirmək niyyətindədir. Çin ilə Tayvan səbəbindən münaqişə yaranarsa, bu qüvvələr Çin Xalq Respublikasının hərbi-dəniz hədəflərinə və sahil infrastrukturuna hücum etməlidir.

İstisna deyil ki, ilk seriyalı "PrSM-ləri" Ukrayna da alacaq - döyüş sınaqları üçün. Kiyev artıq yeni raketlərə uyğun gələn "HIMARS" və "MLRS" buraxılış qurğularına malikdir.

Son xəbərlər