Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

ABŞ yeni ballistik raketləri sınaqdan keçirib

21.11.2024 20:36 1 296
ABŞ yeni ballistik raketləri sınaqdan keçirib
ABŞ Ordusu və “Lockheed Martin” korporasiyası ATACMS raketlərini əvəz edəcək yeni “Precision Strike Missile” (PrSM) qısamənzilli ballistik raketlərinin sınaq buraxılışlarını həyata keçirib.

Bu barədə “Defence news” məlumat yayıb.

Məlumata görə, sınaqlar Nyu Meksiko ştatındakı poliqonda baş tutub. İlk dəfə hərbçilər hədəfin vurulmasını təmin etmək üçün ard-arda iki raket atıblar. Raketin layihələndiricisi “Lockheed Martin”dən əmin ediblər ki, PrSM atış sınağı zamanı dəqiqlik və döyüş hazırlığı nümayiş etdirib.

“Bu raketlər Rusiya və Çinin hərbi yeniliklərinə qarşı çıxmaq üçün dərin zərbə imkanlarına ehtiyacı olan ordu üçün kritik rol oynayacaq. ABŞ-nin Avropa və Hind-Sakit okeanı regionundakı komandanlığı 400 km-dən çox məsafədə hərəkətsiz hədəfləri vura bilən silah əldə etmək istəyir”, - nəşr yazıb.

Qeyd olunur ki, hazırda PrSM-in uçuş məsafəsi 499 km-dir, amma onun iki dəfədən çox artırılması planlaşdırılır. Amerikalı hərbçilər daha bir neçə sınaq atışı planlaşdırıb. 2025-ci ilin sonuna qədər ABŞ-nin bu raketlərdən nə qədər istehsal ediləcəyinə dair qərar verəcəyi gözlənilir. 
//report

Son xəbərlər