Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyə "Altay" tanklarının kütləvi istehsalına başlayıb

05.09.2025 19:49 1 095
Türkiyə
Ankarada BMC şirkətinin yeni zavodunda Türkiyənin əsas döyüş tankı olan "Altay"ın kütləvi istehsalına start verilib.

Median.Az
Türkiyə mediasına istinadən xəbər verir ki, yerli istehsal olan BATU mühərriki ilə təchiz edilmiş tank sınaqlardan uğurla keçib və tezliklə ordunun silahlanmasına daxil olacaq.

Aerokosmik və aviasiya sənayesinin ixtisaslaşdırılmış mütəşəkkil sənaye zonasında (HAB) yerləşən zavodda yerli istehsal olan sənaye robotları və müasir istehsal texnologiyalarından istifadə olunur. Burada, həmçinin yeni nəsil "Altug 8×8" zirehli maşınları da istehsal ediləcək.

BMC-nin rəhbəri Fuat Tosyalının sözlərinə görə, müəssisə böyükmiqyaslı istehsala tam hazırdır. O qeyd edib ki, məhsullar təkcə Türkiyə ordusuna deyil, həm də müttəfiq dövlətlərə də tədarük ediləcək.

"Altay" tankının kütləvi istehsalına başlanması ölkənin müdafiə sahəsində müstəqilliyinin gücləndirilməsinə doğru mühüm addım kimi qiymətləndirilir.скачать dle 11.3
Mojo.az Banner