Mojo.az Banner
11:47 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama  |     11:45 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var  |     11:44 Üç ölkədən xəbərdarlıq: İran casus proqram təminatı yayır  |     11:42 Süni mayalanma etdirən qadınlara xəbərdarlıq: Xərçəng riski artır?  |     11:37 İkimərtəbəli evə üçüncü mərtəbə artırılır: İcra hakimiyyətinin xəbəri olmadan tikinti aparılır? - VİDEO  |     11:29 Ailə üzvləri ilə mübahisə etdi, yaşadığı evi yandırdı  |     11:25 Tanınmış azərbaycanlı iş adamı vəfat etdi - FOTO  |     11:21 Azərbaycan nefti bahalaşdı  |     11:16 Göygöldə "Chevrolet" aşdı - Yaralılar var  |     23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |    
Mojo.az Avto
Mojo.az Avto

Axtarışda olan məşhur bloqer Hüseyn Həsənov Moskvadakı mənzilini başqa şəxsin adına keçirdi - FOTO

22.05.2025 12:50 1 629
Axtarışda olan məşhur bloqer Hüseyn Həsənov Moskvadakı mənzilini başqa şəxsin adına keçirdi - FOTO
Axtarışda olan məşhur bloqer Hüseyn Həsənov "Moskva Siti"dəki mənzilini yeni sahibinin adına keçirib. Bu, mayın 19-da - Həsənovun beynəlxalq axtarışa verilməsindən sonra həyata keçirilib və görünür, əmlaka həbs qoyulmasının qarşısını almaq məqsədi daşıyıb.

Bu barədə "SHOT" "Telegram" kanalı məlumat verib.

Məlumata görə, bloqer mənzilini tanışı olan moskvalı rieltor Vadim Boqaçın adına rəsmiləşdirib.

Boqaç əvvəllər Həsənova daşınmaz əmlak seçib. Onların birlikdə çəkdirdikləri və dərc etdikləri fotolar mövcuddur, hətta rieltor 2022-ci ildə ad günündə Hüseynə başqa birotaqlı mənzil də bağışlayıb. Cinayət işi ilə bağlı səs-küydən sonra ölkədən gedən bloqer Boqaçla razılaşıb və 100 milyonluq mənzili onun adına keçirib ki, üzərinə həbs qoyulmasın və müsadirə olmasın.

Boqaç özünü "ulduzlu rieltor" adlandırır və deyir ki, o, rusiyalı məşhurlara, o cümlədən Klava Koke, Dima Bilan, Yeqor Krid və başqalarına mənzil almağa kömək edir.

Qeyd edək ki, daha əvvəllər Hüseyn Həsənov Rusiyadakı əmlakını aktiv şəkildə satıb. Əvvəlcə o, təxminən 50 milyon rubl (1 milyon manatdan çox) dəyərində olan 2020-ci il buraxılışı "Rolls-Royce Cullinan"dan "qurtulub", daha sonra "Neva Towers"də 44-cü mərtəbədə yerləşən 124 kvadratmetr sahəsi olan üçotaqlı mənzilini satışa çıxarıb.

Ölkəni tərk etdikdən sonra bloqer mənzillərini ayda 749 min rubla (təxminən 16 min manat) icarəyə verib, sonra isə 100 milyon rubla (2 milyon manatdan çox) satışa çıxarıb, lakin uzun müddət alıcı tapa bilməyib.

Xatırladaq ki, mayın 14-də Rusiya Daxili İşlər Nazirliyi milyonluq izləyicisi olan bloqeri çirkli pulların yuyulması ilə bağlı cinayət işi çərçivəsində axtarışa verib. O, qiyabi həbs edilib və indi onu 7 ilə qədər həbs və külli miqdarda pul cəriməsi gözləyir. Həsənov özü bütün vergiləri və cərimələri ödədiyini bildirib. O, 320 milyon rubl (7 milyon manata yaxın) məbləğində pul verdiyini qeyd edib.



скачать dle 11.3
Mojo.az Banner