Mojo.az Banner
22:40 Tanışlarının telefonunu satıb pulunu xərclədi, dələduzluğa görə məhkum edildi  |     22:33 Rotavirus uşaqlar üçün niyə təhlükəlidir? - Həkimlərdən xəbərdarlıq  |     22:28 İnterpol və 13 ölkədən birgə əməliyyat: 200-dən çox haker saxlanılıb  |     22:20 Bir gündə 116 mm yağıntı: Normadan artıq yağışların səbəbi nədir?  |     22:15 Azərbaycanda "halal" şirkətlərin milyonlarla borcu var  |     22:09 Kənd yumurtası bahalaşıb? (AÇIQLAMA)  |     22:01 Yeni kollektiv saziş: Sənəd əməkhaqqılarına necə təsir edəcək? (Video)  |     21:55 Keyfiyyətli yuxunun sirri - Elmi nəticə  |     21:38 Daha iki qrup zəvvar həcc ziyarətinə yola salındı  |     21:31 Gürcüstanın baş naziri: "Bakıda imzalanan sazişlər strateji tərəfdaşlığın daha da güclənməsinə töhfə verəcək"  |     21:26 Araz çəkildi, insan sümükləri üzə çıxdı - VİDEO  |     21:18 Sabah yollar dumanlı olacaq  |     21:13 Dondurulmuş məhsullar qida dəyərini itirir? - Video  |     21:05 Şakira məhkəmədə bəraət qazandı  |     21:00 Sabah 25° isti olacaq  |     20:52 Azad edilmiş ərazilərdə daha 57 mina aşkarlandı  |     20:47 "6 aylıqdan aşağı quzuların qurban kəsilməsi məqbul sayılmır" - Video  |     20:39 Yaralı əsgərlər bioloji silaha çevrilə bilərmi?  |     20:34 "Barselona"ya keçidinə görə üzr istədi  |     20:26 Azərbaycanın Ermənistana builki ixracının dəyəri 10 milyon dollara yaxınlaşıb  |    
Left Banner
Right Banner

İşə qəbul zamanı bu 6 ifadəni işlətmək olmaz - Rekruiterdən vacib məsləhətlər

16.05.2025 22:05 504
İşə qəbul zamanı bu 6 ifadəni işlətmək olmaz - Rekruiterdən vacib məsləhətlər
Hər bir insan həyatının müəyyən mərhələsində iş müsahibəsindən keçir. Bu proses çox zaman stres və həyəcanla müşayiət olunur.

Valyuta.az xəbər verir ki, recruiter Meqan Snouboll Parade.com-a müxtəlif sahələrdə müştərilərlə iş təcrübəsinə əsaslanaraq müsahibə zamanı heç bir halda səsləndirilməməli olan 6 ifadəni açıqlayıb.

O bildirib ki, bəzi söz və ifadələrdən qaçmaq namizədin diqqətli və peşəkar görünməsinə yardımçı olur. Mütəxəssis həmçinin bu cür ifadələrə alternativ olaraq hansı cümlələrin işlədilə biləcəyini də izah edib.

1. "Düşünürəm ki, tərcümeyi-halım özü hər şeyi izah edir"

Rekruiterin fikrincə, təkcə CV müsahibə zamanı sizi tam şəkildə təqdim etmək üçün kifayət deyil:

"CV - kitabın arxa üzündəki qısa mətn kimidir. Müsahibənin məqsədi isə əlavə məlumatlar əldə edib, ən uyğun namizədi müəyyənləşdirməkdir. Siz bu sənəddəki əsas məqamları konkret nümunə və hekayələrlə izah etməlisiniz".

Əvəzində belə deyə bilərsiniz: "Bu vəzifədəki təcrübəmi vurğulamaq istərdim..." və daha sonra konkret bir məqamı açıqlayıb, müvafiq nümunə gətirin.

2. "Əvvəlki iş yerimi tərk etdim, çünki orada toksik mühit var idi"

Əgər bu həqiqətən də işdən çıxma səbəbinizdirsə belə, bunu açıq şəkildə dilə gətirmək doğru deyil. Müsahibə zamanı məhdud zaman ərzində siz özünüzü müsbət tərəfdən tanıtmağa çalışmalısınız. Rekruiterin hadisəni düzgün anlamaması halları baş verə bilər və bu, sizə qarşı mənfi təəssürat yarada bilər.

Bunun əvəzinə belə ifadə istifadə edə bilərsiniz: "Mən daha çox əməkdaşlıq əsaslı və inkişaf yönümlü komandada uğur qazanıram..." və sizin üçün ideal iş mühiti necə olmalıdır, onu təsvir edin.

3. "Bu proqram və ya proqram təminatı ilə təcrübəm yoxdur"

Əgər müsahibə zamanı sizdən müəyyən proqramdan istifadə təcrübəniz soruşularsa və bu sahədə təcrübəniz yoxdursa, bu bacarığın sizdə olmadığını sadəcə bildirmək düzgün deyil. Belə cavab sizin digər bacarıqlarınızı kölgədə qoya bilər.

Bunun əvəzinə belə cavab vermək tövsiyə olunur: "Bu proqram təminatı ilə birbaşa təcrübəm olmasa da, əvvəlki işimdə eyni funksiyanı yerinə yetirən (filan proqram) ilə çalışmışam..."

4. "Bir addım geri atmaq istəyirəm"

Bu ifadə ilə siz yeni vəzifənin əvvəlki işinizdən daha aşağı səviyyədə olduğunu başa düşdüyünüzü göstərmək istəyə bilərsiniz. Amma bu cür yanaşma qarşı tərəfdə yanlış təəssürat yarada bilər – sanki bu vəzifə sizin üçün uzunmüddətli və maraqlı olmayacaq.

Daha məqsədəuyğun cavab belə ola bilər: "Bu vəzifə mənim üçün maraqlıdır, çünki..." və bu rolu niyə seçdiyinizi əsaslandırın.

5. "Şirkət haqqında mənə daha çox məlumat verə bilərsinizmi?"

Baxmayaraq ki, bu sual ilk baxışdan normal görünür, Snouboll bu sualdan qaçmağı məsləhət görür. Müsahibəyə hazırlaşmaq və şirkət haqqında əvvəlcədən məlumat toplamaq çox vacibdir.

Daha yaxşı alternativ: "Müsahibəyə hazırlaşarkən (şirkət) haqqında ətraflı öyrəndim və xüsusilə (filan məqam) marağımı çəkdi. Sizin bu sahədə təcrübəniz necə olub?"

Bu yanaşma sizin şirkətə marağınızı və hazırlığınızı göstərir.

6. "Əgər sualınız olsa, çəkinmədən mənimlə əlaqə saxlayın"

Bu ifadə, sanki siz qarşı tərəfə təşəbbüsü ötürürsünüz. Halbuki siz bu vəzifəyə iddialı olan tərəfsiniz və söhbəti sizin maraqlarınız çərçivəsində tamamlamaq daha doğrudur.

Snoubollun tövsiyəsi: "Sonda fürsətdən istifadə edib qeyd etmək istəyirəm ki, bu vəzifəyə gətirəcəyim təcrübə və yanaşma şirkət üçün dəyərli ola bilər" - kimi bir xülasə verərək özünüzü yenidən ön plana çıxarın.

Bəs nəyi gizlətmək olar?

Məşğulluq üzrə ekspert Qay Torntonun fikrincə, CV-də yalan danışmaq olmaz, lakin bəzi hallarda reallığı yumşaltmaq mümkündür. Məsələn, uzun iş fasilələri bəzi şirkətlər tərəfindən mənfi qarşılandığı üçün bu müddətdə freelance fəaliyyət, kurslar və ya peşəkar inkişaf kimi səbəblər göstərilə bilər.

Əgər siz bu işi müvəqqəti həll yolu kimi görürsünüzsə, bunu açıq şəkildə deməmək daha məqsədəuyğundur. Torntonun sözlərinə görə:
"Əgər bu işi sadəcə müəyyən bir müddət üçün düşünürsünüzsə belə, bunu işəgötürənə deməyə ehtiyac yoxdur".скачать dle 11.3
Mojo.az Banner