Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Hava ilə əlaqədar bütün regionlarda elektrik təsərrüfatında lokal xarakterli qəza halları baş verib

16.04.2025 14:53 852
Hava ilə əlaqədar bütün regionlarda elektrik təsərrüfatında lokal xarakterli qəza halları baş verib
Hava şəraitinin qeyri-sabit keçməsi bütün regionlarda elektrik təsərrüfatında lokal xarakterli qəza hallarının yaranmasına səbəb olub.

Bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

Bildirib ki, "Azərişıq" ASC ölkə ərazisində güclü külək və yağışın yaratdığı qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışır:

"Ölkə ərazisində 15 aprel tarixindən başlayan kəskin hava şəraiti, demək olar ki, bütün regionlarda elektrik təsərrüfatında lokal xarakterli qəza hallarının yaranmasına səbəb olub. Leysan xarakterli intensiv yağış və güclü külək nəticəsində aşan ağac və kənar əşyaların elektrik xətlərini zədələməsi bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyətlərin yaranmasına səbəb olub.

Elektrik enerjisi kəsintisi və qəza hallarının qarşısının alınması üçün "Azərişıq" ASC paytaxt və bölgələrdə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. ASC bütün qabaqlayıcı texniki və təşkilatı tədbirləri həyata keçirib. Həmçinin qurumun qəza xidmətinin əməkdaşları da ərazilərdə fəsadların aradan qaldırılması istiqamətində 24 saat fasiləsiz işi davam etdirirlər.

Bəzi hallarda isə yağışla müşayiət olunan külək və sel suları elektrik təsərrüfatına daha böyük həcmdə ziyan vurmasın deyə qabaqlayıcı tədbir kimi xətlərə enerjinin ötürülməsində planlı fasilə verilir".

"İstehlakçılardan xahiş edirik ki, yarana biləcək hər hansı bir çətinlik zamanı "Azərişıq" ASC-nin "199" Çağrı Mərkəzinə və rəsmi "Facebook", "Instagram" səhifələrimizə müraciət etsinlər. 24 saat fəaliyyət göstərən "199" Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir", - deyə qurumdan əlavə edilib.

Son xəbərlər