Mojo.az Banner
19:56 Ağdamda əkin sahələrini yandıran bu şəxs imiş - Video  |     19:44 UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar  |     19:38 Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı  |     19:25 Dünya şöhrətli aktyor Ceki Çan Bakıya gəlib - Video  |     19:23 Azərbaycanda dəmir yolunun təhlükəsizlik zonalarında əlavə tədbirlər görüləcək  |     19:12 Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi  |     18:59 Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi  |     18:42 Romada Livan-İsrail danışıqlarının növbəti raundu keçirilir  |     18:32 Azərbaycanlı gənc Gürcüstanda qəzada öldü  |     18:28 Nazirlik direktor vəzifəsi üçün müsabiqə elan etdi  |     18:26 Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ  |     18:23 Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA  |     18:21 Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb  |     18:05 Bakıda 22 milyon manata muzey yaradılacaq  |     17:46 Yerin qravitasiya sahəsi yox olacaq? - AÇIQLAMA  |     17:24 Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı  |     17:17 Anar Əsədlinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb  |     16:41 Bakıda Estoniya səfirliyi açılacaq  |     16:28 Uqandada ağır yol-nəqliyyat hadisəsi: 14 nəfər həyatını itirdi  |     16:24 Ukraynada azərbaycanlı tələbə dron hücumu nəticəsində yaralandı  |    
Left Banner
Right Banner

Bakının bəzi hissəsində işıq olmayıb

18.01.2019 12:50 1 760
Bakının bəzi hissəsində işıq olmayıb
Ötən gün güclü külək nəticəsində Bakının bəzi ərazilərdə elektrik enerjisinin verilişində problem yaranıb.

Median.Az
-ın məlumatına görə, şəhərin Nərimanov, Əhmədli, Masazır ərazisində elektrik enerjisinin verilişində fasilələr olub.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev oxu.az-a bildirib ki, dünən bir ərazidə problem olub:

“Abşeron rayonu, Masazır qəsəbəsi Qurtuluş ərazisində elektrik enerjisinin verilməsində problem yaranıb. Əraziyə verilən enerji oranın balansındadır. Bizim əməkdaşlar tərəfindən qəza yeri müəyyənləşdi. Gecə 23:00-da elektrik enerjisi bərpa edilib”.

Tanrıverdi Mustafayev qeyd edib ki, dünən maşın elektrik dirəyinin birini aşırıb:

“Digər üç elektrik dirəyini isə külək aşırıb, ərazi üzrə əməkdaşlar problemi həll edib”.

“Azərenerji” ASC-dən isə oxu.az-a bildirilib ki, güclü küləyə görə ASC-nin stansiya, yarımstansiya və yüksək gərginlikli ötürmə xətlərində heç bir açılma və qəza halı baş verməyib:

“Hava şəraiti ilə əlaqədar olaraq 17 yanvar tarixində “Azərenerji” ASC-nin mərkəzi aparatı və bütün müəssisələri enerji sistemində qəza hallarının baş verməməsi və yarana biləcək hər hansı qəza hallarının aradan qaldırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirib”.
скачать dle 11.3
Mojo.az Banner