Mojo.az Banner
SON DƏQİQƏ
19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     18:12 Leyla Əliyeva Türkmənistanda səfərdədir - Foto  |     17:33 Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi  |     17:30 Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi  |     17:28 TƏBİB Səhiyyə Nazirliyinə verildi: Xəstələri və xəstəxanaları nə gözləyir?  |     16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |     16:46 Ailə qurmaq istədilər, çətinə düşdülər — Valideynlərin sənədi itibsə, NƏ ETMƏLİ  |     16:44 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq?  |     14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |    
Mojo.az Avto
Mojo.az Avto

Gədəbəydə qar uçqununda həlak olan əsgər 10 gün sonra tərxis olunacaqdı

22.03.2025 17:27 1 815
Gədəbəydə qar uçqununda həlak olan əsgər 10 gün sonra tərxis olunacaqdı
Azərbaycan Ordusunun Gədəbəy rayonu ərazisində qar uçqununa düşərək həlak olan əsgəri Ruslan Həmidov 10 gün sonra hərbi xidmətdən tərxis olunacaqdı.

Bu barədə "Teleqraf"a onun yaxınları məlumat verib.

Bildirilib ki, R.Həmidov əslən Bərdə rayonundandır. O, 2023-cü ilin oktyabrında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb.

R.Həmidov Gədəbəydə yerləşən hərbi hissələrdən birində xidmət edib. Aprelin 1-də əsgərliyini bitirib ordu sıralarından tərxis olunacaqdı.

Mərhum martın 22-də Bərdə rayon Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, martın 19-da Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Həmidov Ruslan Rüstəm oğlu və əsgər İmanov Əli Tariyel oğlu dumanlı hava şəraitində qar uçqununa düşüblər. Martın 21-də nəşləri aşkar edilib.скачать dle 11.3

Son xəbərlər