Mojo.az Banner
23:03 Tsarukyanın evindən tapılan vəhşi heyvanlar zooparka köçürüldü - Video  |     22:55 Kuba qaranlığa büründü  |     22:49 Çay təzyiqi aşağı salmağa kömək edirmi? - Mütəxəssislərin cavabı  |     22:44 YAP-ın bir neçə rayon təşkilatının sədri dəyişdi  |     22:39 "Qatar Airways"in təyyarəsi Bakıya eniş etməli oldu  |     22:33 "Qarabağ"ın avrokubok heyəti: UEFA-ya rəsmi müraciət göndərildi  |     22:25 Güclü külək Qax və Zaqatalada fəsadlar törətdi  |     22:20 Qaqik Tsarukyan saxlanıldı (Yenilənib)  |     22:12 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     22:07 Türkiyədə rekord məbləğdə cərimələnən sürücüdən gözlənilməz addım  |     21:59 Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib - FOTO  |     21:53 Mərdəkanda faciə: Bir ailənin dörd üzvü dənizdə batdı, ikisi xilas edildi  |     21:45 Qarpız niyə hələ də bahadır? - İqtisadçı səbəbləri açıqladı  |     21:40 FHN "Shopstore" MMC barəsində protokol yazdı, məhkəmə cərimə kəsdi  |     21:34 Səbuhi Rəcəb 8 il 2 ay müddətinə azadlıqdan məhrum edildi  |     21:29 Sahədən evimizə qədər dəyişən qiymət - Bu il meyvə niyə ucuzlaşmadı?  |     21:20 Ən çox məhsul istehsal edən rayonlarımız (TAM SİYAHI)  |     21:16 Sabah çimərliklərdə hava necə olacaq?  |     21:11 "Hakimə çatacaq" deyib 154 min manatdan çox pul aldı  |     21:04 Qurban bayramında qonaqlıq üstündə həyat yoldaşını döydü - 1200 manat cərimələndi  |    
Left Banner
Right Banner

Qrip virusu ilə bağlı BİLDİRİŞ: Xərclər icbari tibbi sığorta ilə qarşılanır

20.03.2025 11:01 792
Qrip virusu ilə bağlı BİLDİRİŞ: Xərclər icbari tibbi sığorta ilə qarşılanır
Qripin müayinə və müalicə xərcləri icbari tibbi sığorta ilə qarşılanır.

Bu barədə İcbari Tibbi Sığorta Agentliyinin məlumatında deyilir.

Bildirilir ki, qrip - virusmənşəli, tənəffüs yollarına təsir edən kəskin infeksion xəstəlikdir. Xəstəlik hava-damcı yolu ilə xüsusilə payız-yaz aylarında geniş yayılır. Qripin əsas simptomları üşütmə, halsızlıq, ümumi zəiflik, yüksək hərarət (38-40°C), baş, əzələ və boğaz ağrıları, öskürək, gözdə sulanma, burun tutulması və ya axmasıdır.

"Qrip diaqnozunu dəqiqləşdirmək üçün həkim xəstəyə kliniki əlamətlərinə görə laborator müayinələr, PCR testi, burun-udlaq yaxması kimi müayinələr təyin edir.

İxtisaslı həkim müayinəsi, laborator müayinələr, burun-udlaq yaxması, PCR testi, ultrasəs müayinə (USM), rentgen, ambulator və stasionar müalicə icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır.

Qripin müayinə və müalicəsi ilə bağlı bütün tibbi xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin doqquz elmi-tədqiqat institutunda həyata keçirilir.

İmmunitet sistemi zəif olan, ürək-damar və diabet kimi ağır xroniki xəstəlikləri olan şəxslər, yaşlı insanlar, uşaqlar və hamilə qadınlar risk qrupu hesab edilirlər. Risk qrupuna daxil olan şəxslərdə qripin fəsadları daha ağır olur. Vaxtında müalicə edilmədikdə qripin arzuolunmaz nəticələr və müxtəlif ağırlaşmalar yaratması mümkündür.

Belə ki, ağırlaşmalar zamanı tənəffüs yollarındakı bakteriyalar asanlıqla qana keçir və toksikoz əlamətlər yaranır. Qrip viruslarının immun sistemə mənfi təsiri nəticəsində yuxarı və aşağı tənəffüs yollarında ikincili bakterial ağırlaşmalar - stafilokok mənşəli ağciyər iltihabı (pnevmoniya: bu zaman irinli bəlğəm xaric olunur), sinusit (burun boşluqlarının iltihabı) və meningit baş verir.

Bu səbəbdən, yüksək hərarət beş-yeddi gündən çox davam etdikdə, hərarətsalıcı dərmanların təsiri olmadıqda, davamlı qusma, güclü başağrıları, ürək ritminin pozulması, təngnəfəslik, boğulma halları, döş qəfəsində darlıq, pnevmoniya, bronxit kimi bakterial infeksiyaların inkişafı müşahidə edildikdə təcili olaraq həkimə müraciət olunmalıdır. Ağırlaşma hallarında stasionar müalicə (xəstəxanada yatış) təyin olunur. Qripin ağırlıq dərəcəsindən asılı olaraq stasionar müalicə 3-10 gün davam edə bilər. Daha ağır hallarda bu müddət uzana bilər", - məlumatda deyilir.

Qeyd olunur ki, yeni fəslə keçid, hava temperaturunun qısa müddət ərzində kəskin dəyişməsi, bayram günləri səbəbindən ictimai yerlərdə yaranan sıxlıqlar mövsümi xəstəliklərin və qripin əhali arasında yayılmasını artıra bilər:

"Yoluxucu virus və infeksiyalardan qorunmaq üçün sıxlıq müşahidə olunan məkanlarda şəxsi gigiyena qaydalarına əməl etmək, olduğunuz məkanları tez-tez havalandırmaq, immuniteti gücləndirmək üçün bol vitaminli meyvə-tərəvəzlə qidalanmaq və sağlam həyat tərzi vərdişləri formalaşdırmaq tövsiyə olunur.

Hər bir vətəndaşımızı tövsiyələrə əməl etməyə, sosial məsuliyyətlərimizi nəzərə alaraq özümüzü və cəmiyyətimizi xəstəliklərdən qorumağa çağırırıq!"скачать dle 11.3
Mojo.az Banner