Daxili Qoşunların Hərbi İnstitutuna tələbə qəbulu elan edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Şahmat yığmamız Ukraynanı məğlub etdi  |     22:53 Benzinin sudan ucuz olduğu 6 ölkə - SİYAHI  |     22:46 Duzun təzyiqə təsiri: Əsas TƏHLÜKƏLƏR  |     22:40 "Mercedes" faraya 10 milyon avro xərc çəkdi  |     22:34 "TikTok" mübahisəsi qanla bitdi - TƏFƏRRÜAT  |     22:29 Rusiyaya 2 manatdan, Səudiyyə Ərəbistanına 24 manatdan satmışıq  |     22:24 Bu şəxslərə 1600 manat verilir  |     22:16 Səmanın veteranları: 1960-cı illərin döyüş təyyarələri - Azərbaycanda da var  |     22:10 Faizsiz kreditlərdən kimlər faydalana biləcək? - İqtisadçı ekspert  |     22:03 Turistlər dünyanın ən gözəl paytaxtını seçdi  |     21:50 Vəzifəli şəxsin oğlu hoteldə öldü - Foto  |     21:45 D vitamini adı ilə satılırdı, uyğunsuzluq aşkarlandı  |     21:40 Azərbaycanda işlədiyi yeri əxlaqsızxana adlandıran qadına - Bu cəza verildi  |     21:32 Ordubad rayonunun bir neçə kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq  |     21:27 Şəkidə sahibsiz it sürüsü evə hücum edib  |     21:19 Naxçıvanda səyyar aqronom xidmətinə start verilib  |     21:14 "Euronews" İvanovka kəndi haqqında süjet yayımlayıb  |     21:05 "Barselona"nın futbolçusu "Real"la oyunda iştirak etməyəcək  |     21:00 Böyük Qafqazın bəzi yaşayış məntəqələrinin məlumat bazası hazırlanacaq  |     20:54 İqtisadiyyat üzrə Nobel mükafatının laureatları məlum olub  |    

Daxili Qoşunların Hərbi İnstitutuna tələbə qəbulu elan edilib

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna tələbə qəbulu elan edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan vətəndaşları (yalnız oğlanlar) sırasından seçilirlər.

Namizədlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış fiziki hazırlıq, hərbi-həkim və mandat komissiyalarında DİN tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma – çəkisi 80 kq-dək – 10 dəfə və çəkisi 80 kq-dan yuxarı – 8 dəfə, qaçış – 100 metr məsafəyə 15 saniyə və 1000 metr məsafəyə 4 dəqiqə, qollar üzərində bədənin döşəmədən qaldırılıb-endirilməsi – 20 dəfə, gövdənin döşəmədən qaldırılıb-endirilməsi – 20 dəfə).

Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanlarında iştirak etmək üçün DİM-ə göndərilir.

İmtahanlar test üsulu ilə III ixtisas qrupunun fənləri üzrə Azərbaycan və rus dillərində keçirilir.

Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir. Namizədlər bu məqsədlə mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna qəbul olunmuş şəxslər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. İnstitutda tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir.

İnstitutu müvəffəqiyyətlə bitirmiş məzunlara “İctimai təhlükəsizlik və idarəetmə” ixtisası və “Leytenant” hərbi rütbəsi verilərək, onlar Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilirlər. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, 2025-ci ilin aprel və iyul çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də Daxili Qoşunlarda xidmətə qəbul üçün müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən şəxslər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna qəbul edilmir.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna qəbul üçün namizədlər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və 2 nüsxədə notarial qaydada təsdiq olunmuş surəti), yaxın qohumlarının (ata, ana, qardaş, bacı) 2 nüsxədə şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq edilmiş surətləri,təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında arayış və ya tam orta, texniki peşə, orta ixtisas təhsili haqqında sənəd (attestatın, diplomun əsli və 2 nüsxədə notarial qaydada təsdiq edilmiş surəti) təqdim olunmalıdır.

Bunlarla yanaşı ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və notarial qaydada təsdiq olunmuş surəti), oxuduğu təhsil müəssisəsi tərəfindən verilmiş xasiyyətnaməni, 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (baş geyimsiz, rəngli, donuq kağızda), yaşayış yeri və ailə tərkibi haqqında arayışın da təqdim olunması lazımdır.

Qeyd edək ki, namizədlərin ərizə və sənədlərinin qəbulu 2025-ci il mart ayının 1-dən aprel ayının 20-dək (bazar və bayram günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək həyata keçirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            309 04.03.25 20:15