Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda tarixi binada restoran mübahisəsi: Söküntü işləri aparılır

20.02.2025 17:07 717
Bakıda tarixi binada restoran mübahisəsi: Söküntü işləri aparılır
Bakıda şəxsi ədavətə görə tarixi binada yerləşən iaşə obyektində söküntü işlərinin aparıldığı iddia edilir. 

Median.Az xəbər verir ki, 2018-ci ildən etibarən tarixi binada fəaliyyət göstərən "Flora Hostel Baku"nun sahibi, Türkay Bayramov Ölkə.az-a danışarkən yeni qonşusunun kommersiya məqsədilə onu sıxışdırdığını iddia edir.

Onun sözlərinə görə, Yaqub adlı şəxs binanın digər mənzillərini də alaraq hotelə çevirmək istəyib, lakin bu baş tutmadıqda, kafenin fəaliyyətinə mane olmağa başlayıb:

"Biz 2018-ci ildə binanın hamısını icarəyə götürmüşdük. İcarə müqaviləsi əsasında pul ödəyirdim. Keçən ilin təxminən avqustunda ikinci mərtəbənin sahibi evini yüksək məbləğdə pula satdı və Yaqub adında şəxs gəldi. Bu adamın ora kommersiya məqsədi ilə gəlmişdi ki, binanın digər mənzillərini də alıb hotelə çevirsin. Buna görə də bizi sıxışdırmağa başladı ki, buradan çıxaq, fəaliyyətimizi dayandıraq. Binanın digər evlərini də almaq istədi, amma ev sahibləri razı olmadı. Sonra mənim kafe fəaliyyətimə narahatlıq törətməyə başladı. İcra hakimiyyətinə, polisə şikayət etdi. İcra hakimiyyəti gəldi. Bizim həyətdəki kafeni sökdülər, dağıtdılar. Bunu da həmin adamın şikayəti əsasında edirlər.

Başa düşdüyüm qədərilə oranı alıb hotelə çevirmək istəyirdi, amma alınmadı. Sadəcə bu insan paxıllığından bunları edir. Özü də həmin evi satışa qoyub. Orada yerləşən kafenin ona nə narahatlığı ola bilər?! Bina isə tarixi binadır. Yaqub ikinci mərtəbədə qanunsuz söküntü işləri aparır. Əlimdə videogörüntülər də var. Halbuki tarixi binanı icazə olmadan divarlarının heç birinə dəymək olmaz.

Bu kommersiya işi qurmazdan əvvəl bizim orada özümüzün fəaliyyəti var idi. Kafe təkcə kommersiya obyekti deyil, həm də xeyriyyə konsertləri və sosial tədbirlərlə cəmiyyətə töhfə verən bir məkan olub".

Ölkə.az bununla bağlı Mədəniyyət Nazirliyinə də sorğu ünvanlayıb.

Son xəbərlər