Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda tarixi binaya əvvəl aqlay vurub görkəmini dəyişdilər, indi yenə təmir edirlər - FOTO

26.05.2018 14:40 3 036
Bakıda tarixi binaya əvvəl aqlay vurub görkəmini dəyişdilər, indi yenə təmir edirlər - FOTO
Bakının Nəsimi rayonu, Rəşid Behbudov və 28 May küçələrinin kəsişməsində yerləşən, bir neçə il əvvəl abadlıq adı altında fasadının görkəmi dəyişdirilən tarixi binada yenidən təmir işləri başlayıb.

Median.Az "virtualaz.org"a istinadən xəbər verir ki, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin briqadası binanın fasadına bir neçə il əvvəl vurulmuş aqlay üzlük daşlarını ağardır. Tarixi 1900-cü ildən əvvələ gedib çıxan memarlıq abidəsinin fasadı artıq korlanıb.

Yüzdən çox insanın yaşadığı tarixi tikilinin bu şəkildə “bərpası” sakinlərdə də narahatlıq yaradır. Onların virtualaz.org-a bildirdiyinə görə, yonulan daşlardan çıxan qırıntılar binaya ciddi xələl gətirərək görkəmini deformasiyaya uğradır.


Sakinlər təmir işlərinin təkcə binanın fasadında deyil, içəri tərəfində də aparıldığını dedilər. Amma əraziyə baş çəkən zaman orada iş icraçıları və ya fəhlələrlə qarşılaşmadıq.

Sakinlərlə söhbət zamanı aydın oldu ki, təmir əsasən günün səhər saatlarında aparılır. Onların köməyi ilə günün ikinci yarısında 3-cü mərtəbədəki evlərdən birində işləyən fəhlələrlə danışa bildik. Fəhlələr təmirin BŞİH tərəfindən həyata keçirildiyini, binanın görkəminə xələl gətirilmədiyini bildirdilər.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yaninda Mədəni irsin qorunmasi, inkişafi və bərpasi üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq. Xidmətdən, həqiqətən də, binanın yerli əhəmiyyətli abidə olduğunu təsdiqlədilər. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fariz Hüseynov bildirdi ki, sözügedən binada yalnız təmir işləri aparılır və bu da abidəyə xələl gətirmir.



“Rəşid Behbudov küçəsində bir neçə tarixi bina var və bunlar yerli əhəmiyyətli tikililərdir. Hazırda həmin binada abadlıq, təmir işləri aparılır. Abidənin sökülməsi və ya fasadının dəyişdirilməsindən söhbət getmir. Binaya bizim tərəfimizdən nəzarət olunur”.

Xatırladaq ki, son illər şəhərin tarixi binalarının bir çoxu sökülüb, bir çoxunun isə görkəmi dəyişdirilib. Şəhərin Yasamal, Nərimanov və Nəsimi rayonlarında tarixi binaların sökülməsi və yerində “pilot layihə” çərçivəsində yeni çoxmərtəbəli binaların tikintisi dəfələrlə qalmaqallara səbəb olub.

Son xəbərlər