Mojo.az Banner
21:00 Bəzi yollar buz bağlayacaq - XƏBƏRDARLIQ  |     20:53 İcbari tibbi sığorta fondunun builki büdcəsinin tərkibi dəyişib  |     19:58 Qazaxıstan AZAL təyyarəsinin aviaqəzası ilə bağlı istintaqın başa çatma müddəti barədə məlumat yayıb  |     19:20 Ukrayna Rostov vilayətindəki neft emalı zavoduna zərbə endirdi  |     19:00 Dövriyyədə olan ödəniş kartlarının sayı açıqlandı  |     18:57 Sumqayıtda yaşayış binasında yanğın - Xəsarət alan var  |     18:51 "Karvan-Yevlax" futbolçusu ilə yollarını ayırıb  |     17:55 Paytaxtın hansı küçələrində sıxlıq var?  |     17:52 Yasamalda ictimai iaşə müəssisəsində ciddi nöqsanlar aşkarlanıb  |     17:42 1 milyonluq kriptovalyutanı qanunsuz ələ keçirənlər tutuldu - Kiberpolisdən əməliyyat (Video)  |     17:40 Azərbaycanda bu il qeydə alınan zəlzələlərin sayı AÇIQLANDI  |     17:29 Bakının iki rayonunda qaz olmayacaq  |     17:09 Bu il Azərbaycan və ona bitişik ərazilərdə 19 zəlzələ hiss edilib  |     16:54 Ramiz Mehdiyevin kürəkəni məhkəməni uduzdu, tələbi rədd olundu  |     16:50 Azərbaycanda 5 yaşlı uşaq qızdırmadan öldü  |     15:39 İsrail ordusu "Hizbullah"a PUA-lardan zərbələr endirdi, ölənlər var  |     15:28 Qəbələdə qəza - Xəsarət alanlar var  |     14:49 Cəlilabadda saxta alkoqollu içkilərin satışa çıxarıldığı aşkarlanıb  |     14:48 Ermənistan vətəndaşlarının məhkəməsində daha bir təqsirləndirilən şəxs son söz çıxışını yekunlaşdırıb  |     13:17 Hondurasda yeni prezidentin adı açıqlandı  |    
Left Banner
Right Banner

Bakı Abadlıq Xidməti bir sıra binaların rənglənməsi məsələsinə aydınlıq gətirib

15.06.2024 15:38 636
Bakı Abadlıq Xidməti bir sıra binaların rənglənməsi məsələsinə aydınlıq gətirib
Son günlər Bakıda aqlay daşlı binaların rənglənməsinə dair paylaşılan foto və videolar sosial şəbəkələrdə narazılıq yaradıb.

"Report"un məlumatına görə, sosial şəbəkə istifadəçiləri bunun yolverilməz olduğunu, tarixi binalara zərər vurulduğunu qeyd ediblər.

Məsələ ilə bağlı Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində şəhər ərazisində müvafiq işlər görülür, o cümlədən, tarixi əhəmiyyətli binalar, memarlıq abidələri abadlaşdırılır:

"Son günlər sosial şəbəkələrdə bəzi binaların təmir-bərpası ilə bağlı əsassız iddialar səsləndirilib. Təqdim edilən fotolardan aşkar şəkildə görünür ki, ağ rəngdə olan hissə boya yox, astardır. Tarixi bina olsa da, onun üzərində emulsiya işlənən yerlər var. Məhz həmin hissələr hazırda yenilənir. Astar vurulduqdan sonra ora kosmetik olaraq uyğun rəng tətbiq ediləcək".

Qurum onu da qeyd edib ki, tarixi binaların, memarlıq abidələrinin təmir-bərpa prosesi cavabdeh qurumların birbaşa nəzarəti altında həyata keçirilir, mütəxəssis rəyi ciddi nəzərə alınır.

"Bakının mərkəzində və şəhərətrafı kəndlərdə bir çox tarixi abidələrin bərpası zamanı bütün prosedur qaydalara riayət edən "Bakı Abadlıq Xidməti" bu sahədə qazandığı təcrübəyə əsaslanır. Hazırda işlər planlı şəkildə davam edir, heç bir narahatlığa əsas yoxdur", - qurumdan bildirilib.

Məsələ ilə bağlı elmlər doktoru, tanınmış memar Elçin Əliyev çəkilən maddənin boya üçün hazırlıq qatı olduğunu təsdiq edib:

"Bu, sadəcə rəngin daha möhkəm olması üçün hazırlıqdır. 40-60-cı illərdə Stalin dövrünün memarlığında həm daş həm rəngdən istifadə olunub. Məsələn, "Buzovnaneft"in binasının fasadı daşladır, binanın ortası isə rəng ilə bəzədilib. Binanın yenidən rənglənməsini görən qeyri-mütəxəssislər elə düşünürlər ki, binanı biz rəngləyirik. Reallıq isə bundan ibarətdir ki, çəkilmiş boyanı yeniləmək məqsədi ilə təmir işləri aparılır. Biz ölkəmizə düşmən deyilik ki, binaları rəngləyərək şəhərimizin gözəlliyini pozacaq addım ataq".

O hesab edir ki, ictimaiyyətin məlumatsız qalmağında günahın böyük hissəsi müəssisələrin üzərinə düşür. Memar deyib ki, hazırda təxminən 50-60 binada təmir işləri gedir, amma heç biri barədə məlumatlandırıcı elanlar yoxdur.

E.Əliyevin sözlərinə görə, bəzi binaların daşlarını təmizləmək mümkün olmadığına görə rəngləmək mütləqdir:

"Ü.Hacıbəyov küçəsində 20-30-cu illərə aid üçmərtəbəli bina var. Onun fasad hissəsini 30-cu ildə rəngləyiblər. Həmin daşı indi təmizləmək mümkün deyil. Laqunda qanuna zidd olduğu üçün dövlət binanı yeniləmək istəyirsə, məcburən rəngləməlidir".

E.Əliyev baş verən halların müsbət olduğunu da bildirib:

"Mən memar kimi bildirə bilərəm ki, heç bir narahatlığa əsas yoxdur. Baş verən dəyişikliklər və bərpa işləri hamısı müsbət yöndədir".

скачать dle 11.3