Mojo.az Banner
16:49 Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüşüb  |     16:31 Fermerlər südü niyə qəpik-quruşa satırlar? – Bu süddən nə hazırlanır?  |     16:26 İtaliya Makronun elan etdiyi təlimə qatılmayacaq  |     16:21 Avqustun müavinət, təqaüd, ünvanlı sosial yardımları ödənilib  |     15:58 Robert Koçaryanla əlaqəli şirkət rəhbərlərinə qarşı cinayət işi açıldı  |     15:42 Növbəti üç gün ərzində temperatur KƏSKİN ENƏCƏK - XƏBƏRDARLIQ  |     15:25 "Bitcoin"in qiyməti artıb  |     15:06 Serj Sarkisyan da Antikorrupsiya Komitəsinə çağırıldı  |     15:05 Tovuzda DƏHŞƏT: Yeni qurulmuş ailədə QAN TÖKÜLDÜ  |     14:58 Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ - FOTO  |     14:49 Sabah güclü külək əsəcək  |     14:41 İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib  |     14:27 DİM sədri: "Ali təhsil müəssisələrinin qəbul planı 97.07% dolub"  |     14:26 Azərbaycana qanunsuz yolla gətirilən 866 qutu qəlyan tütünü aşkarlanıb  |     14:21 Azyaşlının ögey anası tərəfindən zorakılığa məruz qalması faktı araşdırılır  |     13:02 ABŞ tarixində ən böyük kütləvi viza ləğvinə hazırlaşır  |     12:55 Ağdamda sahibkar və şirkət işçisi narkotik vasitə ilə tutulublar  |     12:27 Bakı metrosunun iş rejimi dəyişdiriləcək - SƏBƏB  |     12:19 Bakıda bədbəxt hadisə: Uşaq dəmir barmaqlıqlara ilişərək öldü  |     12:17 Ağdamdakı qətllə bağlı ŞOK İDDİA: Pəncərədən daxil olaraq qayınatasını öldürüb (Yenilənib)  |    
Left Banner
Right Banner

Agentlik: "Hamiləlik ağırlaşması icbari tibbi sığorta təminatındadır"

18.02.2025 13:18 939
Agentlik:
Hamiləlik zamanı yaranan, həm ananın, həm də dölün sağlamlığı üçün ciddi təhlükə yaradan preeklampsiyanın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, preeklampsiya hamilənin qan təzyiqinin yüksəlməsi, proteinuriya (sidikdə zülalın miqdarının artması) və ödemlərlə xarakterizə olunan ciddi hamiləlik ağırlaşmasıdır. Bu vəziyyət hamiləliyin 20-ci həftəsindən sonra inkişaf edir. Xəstəliyin yaranma səbəbi plasentada (ciftdə) qan dövranının pozulması, immun sistemin pozğunluqları, ekstragenital xəstəliklər, qidalanma və ekoloji amillərlə əlaqələndirilir.

Məlumata görə, ixtisaslı həkim müayinəsi, ana və dölün sağlamlıq vəziyyətinin mütəmadi qiymətləndirilməsi, ambulator və stasionar müşahidə, USM və dopler müayinəsi, dölün ürək döyüntülərinə qulaq asılması (kardiotokoqrafiya), laborator analizlər və s. müayinələr, doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı (tibbi göstəriş əsasında) icbari tibbi sığorta ilə qarşılanır.

Stasionar xidmət zamanı dərman, tibbi sərfiyyat və qidalanma icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. Qeyd edək ki, vaxtından əvvəl doğulmuş körpələrin küvəzdə saxlanılması da icbari tibbi sığorta ilə təminata alınıb.

Hamilə qadın tibbi xidmətlərdən istifadə etmək üçün ilk növbədə yaşadığı ərazi üzrə qadın məsləhətxanasına, Ailə Sağlamlıq Mərkəzinə və ya digər ambulator xidmət göstərən tibb müəssisələrinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən hamiləliyin 30-cu həftəsindən sonra mübadilə vərəqəsi verilir, hamilə doğuşun təşkili üzrə TƏBİB-in tabeliyindəki müvafiq ixtisaslı dövlət tibb müəssisəsinə və ya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna yönləndirilir.

Fəsadlar arasında ciftin qopması, qanaxma, dölün bətndaxili inkişafının ləngiməsi və bətndaxili ölümü, insult, böyüklərdə tənəffüs çatışmazlığı, kəskin böyrək çatışmazlığı, ağciyər ödeminin inkişafı mümkündür. İlk hamiləlik, süni mayalanma, çoxdöllü hamiləlik, doğuşlararası zamanın iki ildən az, on ildən çox olması, ananın yaşının 18-dən aşağı, 35-dən yuxarı olması, şəkərli diabet, xroniki hipertenziya, öncəki hamiləlikdə və ya ailə anamnezində (anada, bacıda) preeklampsiyanın olması bu xəstəliyin risk faktorlarıdır.

Preeklampsiya aşkar olunarsa, ana və dölün sağlamlıq vəziyyətini yaxından izləmək, mütəmadi tibbi müayinə və müalicə (pəhriz, fiziki aktivlik, antihipertenziv və qıcolma əleyhinə dərman preparatları) təyin olunmalıdır. Ağır preeklampsiya və eklampsiya zamanı isə hamilə qadın stasionar müşahidəyə alınır. Əsas müalicəsi hamiləliyin sonlandırılması, yəni döl və ciftin doğulmasıdır. Hamiləlik 37 həftəni keçibsə, hamiləliyin doğuşla və ya qeysəriyyə kəsiyi ilə sonlandırılması tövsiyə olunur. Daha erkən hamiləlik müddətində, ağır preeklampsiya yaranırsa, ana və körpənin həyatı risk altındadırsa, vaxtından əvvəl təcili doğuş həyata keçirilə bilər.

Preeklampsiyanın yüngül, orta, ağır dərəcələri var. Ağır preeklampsiya zamanı kəskin baş ağrıları, ürəkbulanma və ya qusma, görmə pozğunluğu, daxili orqanların zədələnməsi əlamətləri - epiqastral və sağ qabırğaaltı nahiyədə ağrılar, qəflətən yaranan və bütün bədəni əhatə edən yayılmış ödemlər (xüsusilə üz və ya bel-oma nahiyəsi), sidik ifrazının azalması, sarılıq, dölün bətndaxili inkişafının ləngiməsi və s. kimi simptomlar müşahidə olunur.скачать dle 11.3
Mojo.az Banner