Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:54 Rəcəb Tayyib Ərdoğandan Azərbaycana gözlənilən səfəri ilə bağlı açıqlama (Yenilənib) | 13:46 Uşaq pulu olmadan demoqrafik artıma nail olmaq çətindir – EKSPERT | 13:32 Nigar Fərhadın əri yenidən həbs olundu | 13:22 Lotereya və idman mərc oyunları üçün yeni vergi qaydaları təklif edilir | 13:22 DTX dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri yaxaladı | 13:21 Kənd təsərrüfatında vergitutma qaydaları dəyişir | 13:14 Avtomobil sənayesi üçün yeni güzəşt | 13:13 Azərbaycanda ikinci əl mənzillərin satışı ilə bağlı yenilik | 13:04 Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda | 13:00 İkinci əl avtomobil satanların nəzərinə: Qaydalar dəyişir | 12:55 Gözəllik salonlarında çalışanlar üçün yeni qayda | 12:54 Qazlı içkilərin hər litrinə 10 qəpik aksiz vergisi tətbiq ediləcək | 12:48 Kuryerlər üçün aylıq vergi təklif olunur | 12:47 Hotellərə yeni tələb qoyulur | 12:22 19 yaşlı şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu - Səbəb | 12:21 Nərə və qızılbalıq istehsalçılarına şad xəbər: Subsidiya veriləcək | 12:20 Pensiyalar 45 manat artacaq: 2027-ci il üçün proqnoz | 12:10 Azərbaycanda hava şəraiti ilə bağlı daha bir qurumdan xəbərdarlıq | 12:08 İrəvanda Güclü Ermənistan Partiyasının lideri Samvel Karapetyan yenidən həbs edildi | 12:04 Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq |
Mojo.az Avto
Mojo.az Avto

Bu kəndə gedən bir gecədə milyonçu olur

11.08.2025 21:34 750
Bu kəndə gedən bir gecədə milyonçu olur
Afrika təbii sərvətləri və qiymətli daşları ilə dünyanın ən zəngin qitələrindən biri olsa da, Sierra Leone-nin Kono bölgəsindəki kiçik bir kənd öz möcüzəvi zənginlik hekayələri ilə tanınır.

"Almaz paytaxtı" kimi məşhur olan Koidu şəhərinə yaxın yerləşən kənddə bəzən bir günlük qazıntı milyonlarla dollar dəyərində daşların tapılması ilə nəticələnir və bu, insanların həyatını tamamilə dəyişir.

Səyahət bloqeri Gano “Afrikanın danışılmamış hekayələri” adlı "YouTube" kanalında bu kənddə keçirdiyi iki günü izləyicilərlə bölüşüb.

"Bəzən illərlə heç nə tapmazsınız. Amma şanslı olsanız, tək bir daş həyatınızı sonsuza qədər dəyişdirə bilər", - o, qeyd edib.

Məlumata görə, kənddə çıxarılan almaz və qızıllar əvvəlcə şəhərdəki ofislərdə toplanır, daha sonra Dubay, Çin, Hollandiya və ABŞ kimi ölkələrə göndərilir . Bildirilir ki, keyfiyyətli bir kiloqram almazın qiyməti 5 milyon dollara qədər yüksələ bilir.

Kiçik miqyaslı bir günlük qazıntıdan orta hesabla 2–3 qram qızıl çıxarılır. Bölgədə ilk almazlar 1930-cu illərdə aşkar edilib və o vaxtdan bəri bura, şansını sınamaq istəyənlərin sevimli məkanına çevrilib.
//unikal.az

Son xəbərlər