Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Tramp: Alyaskada Putinlə konstruktiv görüş olacağını gözləyirəm - YENİLƏNİB

11.08.2025 22:08 1 203
Tramp: Alyaskada Putinlə konstruktiv görüş olacağını gözləyirəm - YENİLƏNİB
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə avqustun 15-də Alyaskada baş tutacaq görüşün konstruktiv olacağını gözlədiyini açıqlayıb.

O, bu barədə mətbuat konfransında bildirib.

Tramp Putinlə Alyaskada keçiriləcək görüşün daha çox ilkin xarakter daşıyacağını və Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşdə iştirakının planlaşdırılmadığını söyləyib. ABŞ lideri əlavə edib ki, Putinlə görüşündən sonra onunla Zelenski arasında görüş və ya üçtərəfli sammit baş tutacağını gözləyir. O, həmçinin ABŞ-nin ərazi mübadiləsi təşkil etməyə çalışacağını bildirib.

“Vladimir Putinlə danışacağam və ona deyəcəyəm: sən bu müharibəni dayandırmalısan”, - deyən Tramp münaqişənin həlli üçün həm Moskva, həm də Kiyev üçün sərfəli olacaq razılaşmanı hazırlamağa çalışdığını vurğulayıb.

Eyni zamanda, o, Rusiya lideri ilə görüşdən sonra Ukrayna üzrə danışıqlar prosesindən geri çəkilməyinin mümkünlüyünü də istisna etməyib: “Mən danışıqlardan çəkilə və onlara “uğurlar” deyə bilərəm. Və bu, son olacaq”.

“Putinin bütün Ukraynanı istədiyini düşünənlər var. Yeri gəlmişkən, mən də onlardan biriyəm. Düşünürəm ki, mən olmasaydım, o, indi heç kimlə danışmazdı. Amma mən onunla görüşməyə hazırlaşıram. Razılaşmanın parametrlərini müzakirə edəcəyik. Bundan sonra mən Prezident Zelenskiyə və Avropa liderlərinə zəng edəcəyəm”, - ABŞ Prezidenti deyib.

* * * * *

ABŞ Prezidenti Donald Tramp cümə günü Rusiyaya getməyi planlaşdırdığını bildirib.


Bu barədə “Report” Rusiya KİV-ə istinadən xəbər verir.

“Cümə günü Rusiyaya gedirəm. Putinlə görüşmək niyyətindəyəm”, - Ağ Evin rəhbəri deyib.скачать dle 11.3
Mojo.az Banner