Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ağrıkəsici dərman ürək çatışmazlığına səbəb ola bilər

11.08.2025 21:22 870
Ağrıkəsici dərman ürək çatışmazlığına səbəb ola bilər
Yeni aparılan genişmiqyaslı araşdırma, əsasən sinir ağrısı, narahatlıq pozuntusu və epilepsiya müalicəsində istifadə olunan pregabalin dərmanının ürək çatışmazlığı riskini 48% artırdığını ortaya çıxarıb.

Median.Az
"Daily Mail" nəşrinə istinadən xəbər verir ki, risk xüsusilə ürək xəstəliyi keçmişi olan şəxslərdə daha yüksəkdir. Kolumbiya Universitetinin rəhbərlik etdiyi tədqiqatda həkimlərə, xüsusən yaşlı xəstələrdə pregabalin təyin etməzdən əvvəl kardio­vaskulyar riskləri diqqətlə qiymətləndirmələri tövsiyə olunur.

Statistikaya görə, xroniki ağrı 65 yaşdan yuxarı insanların təxminən 30%-nə təsir edir. Pregabalin sinir sistemi boyunca ağrı siqnallarını bloklayaraq bu ağrını azaltmağa kömək edir. Lakin halüsinasiya, sidikdə qan, çəki artımı kimi mövcud yan təsirləri ilə yanaşı, dərmanın ürək sağlamlığına təsiri də ciddi suallar doğurur.

Mütəxəssislər, pregabalinin nadir hallarda olsa da, təcili tibbi müdaxilə tələb edən ağır allergik reaksiya - anafilaksiyaya səbəb ola biləcəyini bildirirlər.

Araşdırma çərçivəsində 65–89 yaş aralığında, ən az 12 həftə davam edən xroniki (xərçəng xaric) ağrılardan əziyyət çəkən və əvvəllər ürək çatışmazlığı diaqnozu almayan 246 min 237 nəfərin məlumatları 4 il ərzində təhlil edilib. Bu müddətdə 1 470 nəfər ürək çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilib.

Məlumatlar göstərib ki, pregabalin istifadə edən hər 1 000 nəfərə ildə təxminən əlavə 6 ürək çatışmazlığı halı düşür. Təhlillər nəticəsində pregabalin qəbul edən xəstələrdə ürək çatışmazlığı riskinin 1,5 dəfə yüksək olduğu müəyyən edilib.

Son xəbərlər