Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Çətənə kollarını oğurlamaqda ittiham edən həmkəndlisini bıçaqlayan şəxsə CƏZA VERİLDİ

14.02.2025 12:27 660
Çətənə kollarını oğurlamaqda ittiham edən həmkəndlisini bıçaqlayan şəxsə CƏZA VERİLDİ
Sabirabadda həmkəndlisini bıçaqlamaqda təqsirləndirilən Vüsal Məlikovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavanşir Nəbiyevin sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.

Hökmə əsasən, V.Məlikov dörd il altı ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 15 avqust 2024-cü il tarixində, axşam saat 10 radələrində Sabirabad rayonu Şıx Salahlı kənd tam orta məktəbinin idman meydançasında qeydə alınıb.

Belə ki, sərxoş vəziyyətdə olan Vüsal Məlikov həmkəndlisi, zərərçəkmiş Sahib Namazlı (soyadı şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin onu bir müddət əvvəl narkotik tərkibli çətənə bitkilərini oğurlamaqda ittiham etməsi və buna görə mərhum atasının qəbrinə nalayiq ifadə işlətməsi olub. Bu zamanı o, Sahibin baş və bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqları ilə, başı ilə vurub. Sonra o, yerdən götürdüyü ağac parçası ilə zərərçəkmişin kürək nahiyəsinə zərbə endirib. Daha sonra Vüsal üzərində saxladığı mətbəx bıçağı ilə zərərçəkmişin sağ qoltuqaltı nahiyəsinə üç dəfə vuraraq ona bədən xəsarətləri yetirib.

Hadisədən sonra Vüsal Məlikov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər