Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:14 17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - FOTO | 19:00 Gömrükdə işə düzəltmək vədi ilə 10 min manat aldı - Amnistiya ilə həbsdən azad edildi | 18:55 Oktyabrda 80 aptekdə yoxlama keçirilib | 18:49 Lamin Yamal qol və assist göstəricilərinə görə liderdir | 18:40 "Şəki Yaylası"nda faciəyə görə iki nəfər həbs olundu | 18:30 Bakıda Yeni il yarmarkaları təşkil olunacaq? | 18:16 Hesabı ödəməmək üçün burgerin içinə qızının saçını qoydu - Video | 18:08 Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI | 17:56 Mənzildə istilik borusuna müdaxilə edənlər nə qədər cərimələnə bilər? | 17:50 Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq | 17:36 İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı | 17:21 Son iki ildə dünyada 189 jurnalist öldürülüb | 17:17 İrandan Azərbaycana 136 kq narkotikin keçirilməsinin qarşısı alındı | 17:10 Anasının evinə basqın edərək onu döyən "xeyriyyəçi" saxlanıldı - Anbaan video | 16:53 Ermənistanın ədliyyə naziri: "Qarabağı birləşdirmək kimi bir məqsədimiz yoxdur" | 16:15 Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular | 16:10 "Vəzifəli şəxs" masaj salonunun sahibəsini şantaj etdi, aylıq "haqq" aldı | 15:59 Ölümlə nəticələn qəzaya görə Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq | 15:52 Nisyə mal satanların diqqətinə: Yeni qərar qüvvəyə minəcək | 14:47 Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda restoranda zəhərlənmə olub, AQTA araşdırmaya başlayıb

10.02.2025 18:55 1 290
Bakıda restoranda zəhərlənmə olub, AQTA araşdırmaya başlayıb
Bakıda məşhur restoranların birində zəhərlənmə hadisəsi qeydə alınıb.

Bu barədə restoranın müştərisi Haldun Novruzzadə məlumat verib.

O iddia edib ki, həyat yoldaşı ilə restoranda göbələk supu yedikdən sonra zəhərləniblər:

"Evə qayıdarkən mədəmdə ağırlaşma hiss etdim, evdə üşütmə, qusma və əzələ ağrısı oldu. Təxminən iki-üç saat sonra hər ikimizdə qızdırma, halsızlıq və ürəkbulantısı başladı. Hər ikimiz də zəhərləndiyimizi anladıq. Çünki həmin gün sadəcə evdə səhər yeməyi yemişdik. Güman edirik ki, restoranda yediyimiz göbələk supundan zəhərlənmişik, çünki burger ikimizdə fərqli tərkibdə idi”.

H.Novruzzadə Kliniki Tibbi Mərkəzin (KTM) toksikologiya şöbəsində onlara tibbi yardım olduğunu söyləyib:

“Hazırda məndə qızdırma və halsızlıq davam edir, həyat yoldaşımda nisbətən yaxşılaşma olsa da, bədən ağrısı qalır”

H.Novruzzadə vurğulayıb ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) hadisə ilə bağlı maraqlanıblar:

“Mənə iki dəfə zəng edib şikayəti qeydə alıblar, restoranda yoxlamalar başlanılıb”.

KTM-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 10-da saat 02:08 radələrində 1991-ci il təvəllüdlü vətəndaş Haldun Novruzzadə qızdırma, halsızlıq, ürəkbulanma şikayətləri ilə Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub:

"Pasiyentə müayinə prosedurları icra edildikdən sonra qastroenterit diaqnozu qoyulub. Vital göstəriciləri norma daxilində olub. Zəruri tibbi yardım xidmətlərindən sonra xəstə ambulator müalicə üçün evə buraxılıb".

AQTA-dan isə “Report”un sorğusuna cavab olaraq vurğulanıb ki, qeyd olunan məsələ agentliyin Bakı regional bölməsi tərəfindən nəzarətə götürülüb:

“Araşdırmaların nəticəsi ilə bağlı məlumat veriləcək”.

Son xəbərlər