Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video | 13:23 Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək | 13:10 Azərbaycan millisinin dünya reytinqində yeri məlum oldu | 13:09 Tbilisidə Heydər Əliyevin büstünə ziyan vurmaqda ittiham olunan erməniəsilli şəxsin məhkəməsi təxirə salınıb | 13:07 Azərbaycan nefti kəskin ucuzlaşdı | 12:52 İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO | 12:50 XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib - FOTO | 12:36 "TikTok"la bağlı qalmaqal böyüyür: 26 mindən çox şübhəli hesab üzə çıxarıldı | 12:27 Sumqayıtda peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək? - Video | 12:18 Röya Ayxanın adından dələduzluq - FOTO | 12:13 İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video | 12:10 Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü | 12:04 Azərbaycan Prezidenti polşalı həmkarına məktub göndərdi |
Mojo.az Avto
Mojo.az Avto

"İnstpower" piramidasının Azərbaycandakı rəhbərinə HÖKM OXUNDU

07.02.2025 16:27 1 062
Azərbaycanda məşhurlaşmış fırıldaqçılıq üsullarından biri olan "İnstpower" piramidasının ölkədəki nümayəndəsi 1998-ci il təvəllüdlü Orxan Babayev cinayət məsuliyyətinə cəlb edilib.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, O.Babayev Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib.

Bildirilib ki, maliyyə piramidası "Poverbank biznesi"nə pul yatırmaq və bundan gündəlik qazanc əldə etmək vədi üzərində qurulub və buraya minlərlə insan qoşulub.

Cinayət işi üzrə isə 20-yə yaxın şəxs zərərçəkmiş qismində tanınıb. Onlara 256 min manatdan artıq zərər dəydiyi qeyd edilib.

Həmçinin məlum olub ki, Orxan Babayev onunla xaricdən əlaqə saxlayan "Cessika" və "Maria" adlı şəxslərlə əlbir olub. O, həyat yoldaşının adına 11 mobil nömrə alaraq həmin şəxslərə ötürüb. Xaricdəki şəxslər həmin mobil nömrələrlə "m10" mobil tətbiqində hesablar yaratmaqla pul qəbul etməyə başlayıblar. Beləliklə, milyonlarla manat bu yolla dövriyyədə olub. Daha sonra isə sistemin adminləri proqramı söndürərək bütün vəsaiti ələ keçiriblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Babayevə 8 il həbs cəzası verilib.

Son xəbərlər