Mojo.az — elanlar
Son Xəbərlər
13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |     12:37 Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçuları Azərbaycana gəliblər  |     12:36 İcbari tibbi sığortaya ayrılan vəsait artırılır  |     12:33 Gəncədə 33 yaşlı kişini bıçaqla kürəyindən vurdular  |     12:30 Salyanda istixanada işləyən kişini elektrik cərəyanı vuraraq öldürdü  |     12:28 Gələn il dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq  |     12:23 10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"  |     12:20 Naxçıvana ayrılan dotasiya azaldılır  |     12:19 Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü  |     12:14 Xırdalanda evlər dəyərindən aşağı satılır - Qiymətlər açıqlandı - Video  |     12:04 Bu mənzillərdə qaz sobaları və kombilər elektriklə əvəzlənəcək – AÇIQLAMA  |     11:53 Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib - FOTO  |     11:49 Bakıda dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri həbsdən buraxıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Kürdəmirdə valideynlər 100-dən çox şagirdi məktəbdən çıxardılar?

30.01.2025 18:11 1 281
Kürdəmirdə valideynlər 100-dən çox şagirdi məktəbdən çıxardılar?
Kürdəmirdə valideynlərin uşaqlarını odun sobası ilə qızdırılan məktəblərdən çıxarıb istilik sistemi olan məktəblərə aparmaları barədə iddialar yayılıb.

Bu barədə sosial şəbəkə platformasında paylaşımlar edilib. Bildirilir ki, mövcud problemlə bağlı artıq məktəblərdən birindən yüzlərlə uşaq çıxıb.

Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, son günlər Kürdəmir rayonunda valideynlərin odun sobası ilə qızdırılan bəzi məktəblərdən övladlarını çıxararaq digər təhsil müəssisələrinə yönləndirdiklərinə dair məlumatlar həqiqəti əks etdirmir:

"Kürdəmir şəhər M.Ə.Rəsulzadə adına 2 nömrəli məktəb-liseyi odun sobası ilə yox, fərdi qazanxana sistemi vasitəsilə qızdırılır və məktəbdə istilik təminatı normal qaydada həyata keçirilir".

Məlumatda qeyd edilib ki, hazırda gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlərlə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb:

"Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır".

Son xəbərlər