Mojo.az Banner
Left Banner
Right Banner

Qırğızıstanda ilk ekoloji təmiz şəhər inşa ediləcək

29.01.2025 19:07 1 254
Qırğızıstanda ilk ekoloji təmiz şəhər inşa ediləcək
Qırğızıstanda Kemin-Siti adlı ilk ekoloji təmiz şəhərin inşa edilməsi planlaşdırılır.

Müvafiq fərmanı ölkə Prezidenti Sadır Japarov imzalayıb.

353,3 hektar ərazisi olan yaşayış məntəqəsi Çuy vilayətinin Kemin rayonunun ərazisində yerləşəcək.

Kemin-Sitinin tikinti konsepsiyası cari ilin iyun ayının 1-dək hazırlanacaq.

Layihənin həyata keçirilməsinin rayonun iqtisadi inkişafına şərait yaradacağı və sosial sabitlik səviyyəsini yüksəldəcəyi gözlənilir.скачать dle 11.3
Mojo.az Banner