Mojo.az Banner
19:36 1 vəkil Kollegiyadan xaric edildi  |     19:31 "Yeni iş yerlərinin əksəriyyəti bölgələrin payına düşəcək" - Deputat  |     19:23 Azərbaycan vətəndaşları bu ölkəyə vizasız gedə biləcəklər  |     19:17 Azərbaycanlı sahibkar Gürcüstanda faciəvi şəkildə öldü  |     19:09 Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO  |     19:04 Türk Hava Yolları saqqal qadağasını ləğv etdi  |     18:59 Nəsimi rayonunda aparılan qazıntı işləri nə vaxt yekunlaşacaq?  |     18:53 Azərbaycan vətəndaşı Rusiyada dron hücumu nəticəsində öldü  |     18:39 Fransa XİN: "Martin Ryanın əfv olunması humanitar jestdir"  |     18:30 Zeynəb Xanlarovanın səhhəti ilə bağlı AÇIQLAMA  |     18:23 Azad olunan Martin Ryan Fransaya yollandı  |     18:08 Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI  |     17:56 Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu  |     17:53 Qadını zorlayaraq öldürən şəxslərə AĞIR CƏZA  |     17:41 Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb  |     17:28 Hörmüz boğazında ticarət gəmisi vuruldu: Yaralılar var  |     17:16 MİDA 13 obyektini hərraca çıxarır  |     16:55 Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ  |     16:12 “Sadəcə estetik əməliyyatdır” deyib keçməyin — Həkimdən XƏBƏRDARLIQ  |     16:11 “Xscyth3” adlı kiberdələduz tərəfindən ".az" domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Qırğızıstan prezidenti Ağdama gedəcək

23.04.2024 11:50 1 455
Qırğızıstan prezidenti Ağdama gedəcək
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlərin imzalanması planlaşdırılır.

Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev bildirib.

“Səfər çərçivəsində Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli danışıqlar aparacaq. Onlar ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari məsələlərini, həmçinin gələcək inkişaf və səmərəli qarşılıqlı fəaliyyətin qurulması perspektivlərini müzakirə edəcəklər”, - o qeyd edib.

Bundan başqa, Dövlətlərarası Şuranın iclası da nəzərdə tutulub.

S.Japarov Ağdamın Xıdırlı kəndində orta məktəbin təməlqoyma mərasimində iştirak edəcək.

Xatırladaq ki, daha əvvəl bu məktəbin Qırğızıstan tərəfindən inşa ediləcəyi barədə məlumat verilmişdi.

Mənbə: Qırğızıstan KİVскачать dle 11.3
Mojo.az Banner