Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu ərazidə köhnə tikililər söküləcək, müasir yaşayış kompleksləri tikiləcək

15.08.2025 22:44 609
Bu ərazidə köhnə tikililər söküləcək, müasir yaşayış kompleksləri tikiləcək
Nazirlər Kabinetinin təsdiq etdiyi Qovlar şəhərinin 2040-cı ilə qədər inkişafına dair Baş plana əsasən, şəhərdə köhnə tikililər söküləcək, 5-8 mərtəbəli müasir yaşayış kompleksləri inşa ediləcək.

Median.Az
bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.

Qurumun sifarişi ilə hazırlanan Baş plan Qovların ilk strateji inkişaf konsepsiyası olmaqla şəhərdə müasir və komfortlu yaşayış mühitinin yaradılmasını, kənd təsərrüfatı torpaqlarının qorunmasını və tarixi kimliyin saxlanmasını hədəfləyir.

Tovuz rayonunun ərazisində yerləşən Qovlar şəhəri 2012-ci ildən şəhər statusu daşıyır. Təsdiqlənmiş plana əsasən, burada 2027-ci ildən etibarən yeni yaşayış massivlərinin tikintisinə başlanılacaq.
Proqnozlara əsasən, 2027-ci ilə qədər şəhər əhalisinin sayı 17 min, 2040-cı ilə qədər isə 20 min nəfərə çatacaq. Bununla əlaqədar olaraq, yaşayış fondu 1,5 dəfə artacaq, adambaşına düşən yaşayış sahəsi isə 20 m²-dən 25 m²-yə qədər yüksələcək. Ümumilikdə 192 min m² yeni yaşayış sahəsinin tikintisi nəzərdə tutulur ki, bunun 117 min m²-i birinci inkişaf mərhələsinə aiddir. Şəhərdə yeni yaşayış fondunun əsasını azmərtəbəli çoxmənzilli binalar təşkil edəcək.

Eyni zamanda, sosial infrastrukturun genişləndirilməsi də planlaşdırılır. Belə ki, məktəblərdə şagird yerlərinin sayı 2544-dən 2910-a qədər artacaq, uşaq bağçalarının tutumu isə 170 nəfərdən 1200 nəfərə çatdırılacaq ki, bu da əhalinin artan tələbatını tam qarşılayacaq.

Bütün ölkə ərazisində olduğu kimi, burada da ekoloji tarazlığın qorunması əsas prioritetlərdən biridir. Bu məqsədlə zərərli təsirə malik sənaye və nəqliyyat obyektlərinin yaşayış zonalarından kənarlaşdırılması, rekreasiya zonalarının sahəsinin 8,7 hektardan 19 hektara qədər genişləndirilməsi nəzərdə tutulur. Bu tədbirlər şəhərin ekoloji yükünün azaldılmasına və sakinlərin həyat keyfiyyətinin yüksəldilməsinə yönəlib.

Küçə-yol infrastrukturunun inkişafı da planda öz əksini tapıb. Bu məqsədlə küçə və yol şəbəkəsinin ümumi uzunluğu 107 kilometrə çatdırılacaq. Layihələndirmə zamanı şəhərin bütün məhəllələrinin xidmət sahələrinə bərabər çıxış imkanı təmin ediləcək. İlk mərhələdə 5 kilometrdən artıq velosiped yollarının salınması nəzərdə tutulur. Bu isə gələcəkdə velosiped marşrutlarının genişləndirilməsi və ekoloji nəqliyyat mühitinin təşkili üçün baza rolunu oynayacaq.

Şəhərdə dəmir yolu nəqliyyatı ilə inteqrasiya olunmuş müasir bir logistik mərkəz də yaradılacaq. Bu mərkəz sənaye və kənd təsərrüfatı məhsullarının qəbul edilməsi, saxlanması və daşınmasında mühüm rol oynayacaq, şəhərin iqtisadi dövriyyəsini əhəmiyyətli dərəcədə gücləndirəcək.

Eyni zamanda, Qovlar şəhərində sənaye potensialının artırılması nəzərdə tutulur. Belə ki, mövcud müəssisələrin genişləndirilməsi ilə yanaşı, səkkiz yeni sənaye obyektinin yaradılması planlaşdırılır. Yeni sənaye zonası təkcə şəhərin iqtisadi inkişafına deyil, eyni zamanda məşğulluğun artmasına mühüm töhfə verəcək.

Qovlarda "yaşıl" turizm, etnoturizm və ekoturizm kimi alternativ sahələrin təşviqi və müasir istirahət zonalarının yaradılması da diqqət mərkəzindədir. Bu həm yerli sakinlər, həm də şəhərin qonaqları üçün yeni istirahət imkanları yaradacaq.скачать dle 11.3
Mojo.az Banner