Mojo.az — elanlar
Son Xəbərlər
19:30 Sabah yağış yağacaq  |     19:24 Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı  |     19:15 Salyanda kişini "tok" vurub öldürdü  |     19:10 “Spotify” 50 milyondan çox mahnını sildi  |     19:02 14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı  |     18:40 Vətən müharibəsi qazisinin qətlə yetirilməsinin yeni təfərrüatı  |     18:36 Kimlər dövlət dəstəyi ala bilməyəcəklər? - Siyahı  |     17:27 Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar  |     17:17 Tiktoker "İsican" həbs edildi  |     16:49 Azərbaycanda bəzi mənzillər bahalaşacaq  |     16:29 Xarici ölkə vətəndaşlarının tapşırıqlarını yerinə yetirənlər ələ keçdilər - Əməliyyatın videosu  |     16:27 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     16:18 Prezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi  |     15:49 Müğənni Jony nadir xəstəliyə tutulub  |     15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |    
Mojo.az Avto
Mojo.az Avto

Vəzifəsindən azad edilən Mariana Vasileva kimdir? - DOSYE

16.01.2025 19:10 927
Vəzifəsindən azad edilən Mariana Vasileva kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Mariana Vasileva gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib.

Median.Az Mariana Vasilevanın dosyesini oxucularına təqdim edir:

Mariana Toteva Vasileva 1974-cü il iyulun 6-da anadan olub. Müqəddəs Kiril və Mefodiy adına Veliko Tarnovo Universitetini bədən tərbiyəsi və idman ixtisası üzrə bitirib.

2013-cu ildə "Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adına layiq görülüb. 2015-ci ildə Birinci Avropa Oyunlarında əldə etdiyi nəticələrə görə, Azərbaycan Respublikası Prezidentinin "Fəxri diplomu”, 2019-cu ildə isə Beynəlxalq Gimnastika Federasiyasının "Əməkdar məşqçi” diplomu ilə təltif edilib.

2001-2003-cü illərdə bədii gimnastika üzrə Türkiyə milli komandasında, 2003-2008-ci illərdə Bolqarıstanın "Levski” (Sofiya) idman klubunda, 2004-2008-ci illərdə isə bədii gimnastika üzrə Bolqarıstan milli komandasında məşqçi olaraq fəaliyyət göstərib.

2009-cu ildən etibarən, Azərbaycan bədii gimnastika milli komandasının baş məşqçisi vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilmişdi.

Son xəbərlər