Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Mariana Vasileva: 2019-cu ildə Bakıda bədii gimnastika üzrə üç böyük yarış təşkil keçiriləcək

02.03.2019 22:41 2 434
Mariana Vasileva: 2019-cu ildə Bakıda bədii gimnastika üzrə üç böyük yarış təşkil keçiriləcək
Bu il Bakıda bədii gimnastika üzrə üç böyük yarış təşkil olunacaq - Dünya Kuboku, Avropa və Dünya Çempionatları.

Median.Az
bildirir ki, bunu Trend-ə Milli Gimnastika Arenasında mayın 16-19-da Bakıda baş tutacaq bədii gimnastika üzrə Avropa Çempionatının püşkatma mərasimindən sonra bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.

M.Vasileva bildirib: "Gimnastlarımızın hansı nömrə altında iştirak etdiklərinin əhəmiyyəti yoxdur, ən əsası komandanın necə çıxış edəcəyi və hansı nəticəni göstərəcəyidir".

Baş məşqçi qeyd edib ki, doğma ölkədə keçirilən yarışlarda çıxış etmək hər zaman çətindir: "Evdə çıxış etmək hər zaman çətindir. Bu ən yaxşı çıxışı göstərmək istəyi ilə bağldır. Əlbəttə, bütün çıxış etdiyimiz yarışlarda yüksək nəticə əldə etmək istəyirik, ancaq Azərbaycanda keçirilən yarışlarda hər zaman dövlət bayrağını yüksəltmək və himni eşitmək istəyirsən".

Bədii gimnastika üzrə gələcək yarışlardan danışan baş məşqçi deyib ki, hər bir başlanğıc böyük əhəmiyyət daşıyır: "Bizimçün hər bir yarış çox vacibdir. Bu Olimpiya Oyunlarında çıxışımıza hazırlıqdır. Biz iştirak edəcəyimizə çox inanırıq".

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Çempionatına hazırlıqdan danışan Vasileva iki gün ərzində Avropa Gimnastika İttifaqının (UEG) nümayəndələrinin Azərbaycan Gimnastika Federasiyasının yerli təşkilat komitəsi ilə görüşlər keçirdiklərini və yarışa hazırlıq barədə məsələlərin müzakirə olunduğunu bilirib.

Baş məşqçinin sözlərinə görə, Bakıda Avropa Çempionatında Azərbaycanı təmsil edəcək gimnastların adları məlum deyil: "Hal-hazırda fərdi proqramda çıxış edəcək seniorlar arasında 7 namizədimiz var. Onların arasında 4 gimnast daha təcrübəlidir. Ancaq mən bütün gimnastlarımızı müxtəlif startlara göndərirəm, onları dəyişdirirəm".

Baş məşqçi həmçinin deyib ki, Bakıda Avropa Çempionatında qrupp hərəkətlərində yuniorlar ilk dəfə iki proqramla çıxış edəcəklər - onlar 5 halqa və 5 lentlə hərəkətləri yerinə yetirəcəklər.

Gələcək planlarda danışan Vasileva deyib ki, martın sonunda azərbaycanlı gimnastlar Fransada Qran-Pridə iştirak edəcəklər: "Martın 8-də biz İtaliyaya matç görüşlərinə yollanırıq. İtaliyada hər il sezondan öncə bu cür görüşlər təşkil olunur və biz ilk dəfə olaraq bu görüşlərə dəvət almışıq".скачать dle 11.3
Mojo.az Banner