Mojo.az Banner
23:03 Abşeronda usta yıxılıb öldü  |     22:52 128 ildən sonra ilk dəfə çempion oldu: azarkeşlər meydana axışdılar  |     22:45 Tramp İranı HƏDƏLƏDİ: "Yer üzündən silinəcək"  |     22:33 Azərbaycanda pul bazası 2 milyard manatdan çox artıb  |     22:28 Marketoloqdan açıqlama: "100 qramlıq qiymət sistemi qanuna uyğundur, aldanmamaq lazımdır"  |     22:21 Rusiya 9 May bayramı ilə əlaqədar atəşkəs elan etdi  |     22:11 Yetkinlik yaşına çatmayan övladını evləndirmək istəyən ata həbs olundu  |     22:06 "Bitcoin" yanvardan bəri maksimumu yenilədi: Daha da bahalaşacaqmı?  |     21:59 Melikov Dağıstan rəhbəri vəzifəsindən azad edildi  |     21:53 Fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı  |     21:48 Məscidin yanında 2 yaşlı uşaq tapıldı - Adını bilmir (FOTO)  |     21:40 28 ədəd kərə yağına görə 23 gün həbsdə yatacaq  |     21:35 Bakıda pulu olmayan şəxs restoranda yeyib-içdi, səs-küy salıb qaçdı  |     21:28 Süni intellekt xəstələrə həkimlərdən daha dəqiq diaqnoz qoydu (TƏDQİQAT)  |     21:23 Saxta sənəd hazılamaqda və dərman satmaqda ittiham olunan həkimə hökm oxundu  |     21:16 Bu rayonda bəzi ərazi vahidlərinin adı dəyişdiriləcək  |     21:08 Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq  |     21:03 Ali Məhkəmə keçmiş federasiya prezidentinin şikayətini rədd etdi  |     20:38 İran bu ölkəyə hücum etdi  |     20:30 Bu şəxslər təhlükəsizlik kəmərindən istifadə etməyə BİLƏR  |    
Left Banner
Right Banner

Azərbaycanın Rəqəmsal İnkişaf Konsepsiyası təsdiqləndi

16.01.2025 15:38 657
Azərbaycanın Rəqəmsal İnkişaf Konsepsiyası təsdiqləndi
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Median.Az
President.az-a istinadən bildirir ki, fərmanla konsepsiyada nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Azərbaycan Respublikasının Nazirlər Kabineti, konsepsiyada nəzərdə tutulmuş Rəqəmsal İnkişaf Operatorunun funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirəcək.

Həmçinin, ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla, digər dövlət orqanları (qurumları) tərəfindən dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması və təkmilləşdirilməsi, eləcə də elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi üzrə layihələrin (büdcədənkənar dövlət fondlarının vəsaitləri hesabına həyata keçirilən layihələr istisna olmaqla) maliyyələşdirilməsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəyi (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla) əsasında təmin edilir.

Nazirlər Kabinetinə dövlət orqanları (qurumları) tərəfindən tətbiq olunan rəqəmsal həllərin sahə üzrə effektivliyinin test rejimində qiymətləndirilməsi, habelə dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan elektron xidmətlərin ilkin mərhələdə məqsədəuyğunluğunun müəyyən edilməsi üçün tənzimləyici pilot layihələrin həyata keçirilməsi ilə bağlı təkliflərini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

NK, həmçinin, konsepsiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etməli, dövlət orqanları (qurumları) tərəfindən (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri, eləcə də Müşahidə Şurası Azərbaycan Respublikasının Prezidenti tərəfindən formalaşdırılan dövlət müəssisələri istisna olmaqla) illik planın icrasına nəzarəti həyata keçirməlidir.

Rəqəmsal inkişaf və elektron hökumətlə bağlı görülən işlərin və həyata keçirilən tədbirlərin icrasına məsul vəzifəli şəxslərin (ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla) fəaliyyətinin qiymətləndirilməsi meyarlarını beş ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi qaydalarını, o cümlədən meyarlarını beş ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və bu fərmandan irəli gələn digər məsələlərin həlli də NK-ya həvalə olunub.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi əldə etdiyi rüblük statistik məlumatların, fərdi məlumatların mühafizəsi ilə bağlı tələblər nəzərə alınmaqla, hər rübdən sonrakı ayın 20-dək Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin etməli, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarında nəzərdə tutulan hallarda data əsaslı qərarların qəbul edilməsi və süni intellekt həllərinin tətbiqi istiqamətində aidiyyəti dövlət orqanları (qurumları) ilə qarşılıqlı əlaqədə tədbirlər görməli, konsepsiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən rəqəmsallaşdırmanın əlaqələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim etməlidir.

Aşağıdakılar isə dövlət orqanlarına (qurumlarına) tapşırılır, Azərbaycan Respublikasının Mərkəzi Bankına isə tövsiyə edilir:

- konsepsiyadan irəli gələn vəzifələrin icrası ilə bağlı görülən işlər barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məlumat təqdim etsinlər;

- elektron xidmətlərdən istifadə ilə bağlı rüblük statistik məlumatların hər rübdən sonrakı ayın 10-dək Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim olunmasını təmin etsinlər;

- ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla, digər dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması və təkmilləşdirilməsi, eləcə də elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi üzrə layihələrin icrasına dair illik planın hazırlanmasını, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə rəyi alınmaqla təsdiq olunmasını və yenilənməsini təmin etsinlər;

- informasiya təhlükəsizliyinin gücləndirilməsi məqsədilə son istifadəçi kompüterlərini Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən qurulmuş, mərkəzləşdirilmiş antivirus mühafizə vasitəsi ilə, habelə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təqdim olunan lisenziyalı əməliyyat sistemləri və ofis proqramları ilə təmin etsinlər.

Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası ilə bu linkdən tanış olmaq mümkündür.скачать dle 11.3
Mojo.az Banner