Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:56 Şagirdlərin aqressiv davranışının səbəbləri SADALANDI | 15:31 Selin ziyan vurduğu istiqamətdə qatarların hərəkəti bərpa olunur - Tarix açıqlandı | 15:28 Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto | 15:24 Maaş kartı ilə bağlı MÜHÜM dəyişiklik: son qoyulur | 15:19 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb | 15:12 Hər gün avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR | 14:10 Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər | 14:09 Uşaqlarını görmək istəyən qadınla keçmiş qayınanası dalaşdılar | 14:08 Noyabrda hava necə olacaq? | 14:07 Şəxslərə pulsuz hüquqi yardım göstərənlərə dövlət nə qədər ödəniş edəcək? | 13:39 Azərbaycanda məktəbə "Molotov kokteyli" atıldı: İki nəfər həbs edildi - Foto | 13:37 Bakıda iki kişi avtomobili səhv parklamağa görə dalaşdı | 13:32 Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq | 12:58 İnterpolun tutaraq Bakıya gətirdiyi sabiq gömrük əməkdaşı həbsdən azad edildi | 12:55 Azərbaycan nefti ucuzlaşıb | 12:53 Abşeronda güclü yanğın: Əməliyyat görüntüləri - Video | 12:51 "TikTok"da qadından hədiyyə alan kişi arvadının qolunu sındırdı | 12:50 Günəşdən nəhəng püskürmə baş verdi: Yerə təsiri olacaq? | 12:41 Alyona Əliyeva "ENQRAM" sərgisindən paylaşım edib - Foto | 12:40 Bazarlarda meyvə-tərəvəz bahalaşıb - Video |
Mojo.az Avto
Mojo.az Avto

Bayram günlərində 10 nəfərin meyiti tapıldı

06.01.2025 13:02 1 503
Bayram günlərində 10 nəfərin meyiti tapıldı
Bayram günlərində Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən 10 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.

Belə ki, FHN-in qeyri-iş günləri ərzində ümumilikdə 252 yanğına çıxış, 25 köməksiz vəziyyətdə qalma və 6 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 5-i azyaşlı olmaqla 28 nəfər xilas edilib, hadisələr zamanı 3 nəfər xəsarət alıb, 10 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər