Mojo.az Banner
20:23 Azərbaycanın magistral qaz kəmərlərindən gəlirləri artıb  |     20:15 166 saylı marşrut avtobusundan NARAZILIQ - VİDEO  |     20:10 Pakistanda nazir silahlı şəxslər tərəfindən qaçırıldı - Video  |     20:01 Bərdədə "Kalaşnikov" və patronlar aşkarlandı  |     19:55 Sabah 35 dərəcə isti olacaq  |     19:48 Metronun iki stansiyasınının pulsuz olmasının səbəbi AÇIQLANDI  |     19:43 Azərbaycanda nə qədər inflyasiya gözlənilir?  |     19:36 1 vəkil Kollegiyadan xaric edildi  |     19:31 "Yeni iş yerlərinin əksəriyyəti bölgələrin payına düşəcək" - Deputat  |     19:23 Azərbaycan vətəndaşları bu ölkəyə vizasız gedə biləcəklər  |     19:17 Azərbaycanlı sahibkar Gürcüstanda faciəvi şəkildə öldü  |     19:09 Avtomobillərin katalizatorlarını baha edən nədir? - VİDEO  |     19:04 Türk Hava Yolları saqqal qadağasını ləğv etdi  |     18:59 Nəsimi rayonunda aparılan qazıntı işləri nə vaxt yekunlaşacaq?  |     18:53 Azərbaycan vətəndaşı Rusiyada dron hücumu nəticəsində öldü  |     18:39 Fransa XİN: "Martin Ryanın əfv olunması humanitar jestdir"  |     18:30 Zeynəb Xanlarovanın səhhəti ilə bağlı AÇIQLAMA  |     18:23 Azad olunan Martin Ryan Fransaya yollandı  |     18:08 Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI  |     17:56 Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Talassemiyalı uşaqlara qarşı bir milyon manatlıq dələduzluqla bağlı MƏHKƏMƏ

18.12.2024 19:38 1 143
Talassemiyalı uşaqlara qarşı bir milyon manatlıq dələduzluqla bağlı MƏHKƏMƏ
Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirmə ittihamı ilə mühakimə edilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın məhkəməsi yenə baş tutmayıb.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, prosesin baş tutmamasına səbəb təqsirləndirilən Aynur Bayramovanın hələ bilinməyən səbəbdən qəfil müalicə müəssisəsinə yerləşdirilməsidir.

Bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə araşdırılır. Bu, adıçəkilən hakimin baxdığı sonuncu işlərdəndir. Belə ki, o, bir neçə aya yaş həddi ilə bağlı təqaüdə göndəriləcək.

Hakim hesab edir ki, təqsirləndirilən şəxslər məhz bu səbəbdən məhkəməni uzadırlar. Düşünürlər ki, süründürməçilik etsələr, onun da hakimliyi bitər, iş başqa hakimə keçər: "Mən maraqlanmışam, Aynur dünən axşama kimi sağlam olub. Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm. Yadınızdadırsa, burada da özünü yerə yıxırdı.

İndi düşünürlər ki, mən gedərəm, işi az təcrübəli hakimə verərlər, onlar da bundan istifadə edərlər. Ona çatdırın ki, Azad Məcidov bu işi bitirənə kimi harasa gedən deyil! Vəssalam!"

Xanım müttəhimin məhkəmədə iştirak etməməsi onun əməlindən əziyyət çəkən şəxsləri də əsəbiləşdirib. Zərərçəkmiş Tural Nəsmiyev deyib ki, Aynur xəstəlik bəhanəsi ilə ev dustaqlığına çıxmaq istəyir, buna görə də özünü müalicə müəssisəsinə saldırıb.

"Buna mən qərar verirəm, oturun yerinizə", - deyə hakim zərərçəkmişə səslənib.

Proses yanvarın 8-nə kimi təxirə salınıb.

Qeyd edək ki, iki şirkətə rəhbərlik edən Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərini aldadıb, övladlarını xaricdə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın pulu ələ keçirməkdə ittiham edilir.скачать dle 11.3
Mojo.az Banner