Mojo.az Banner
23:00 Uşaqları virtual təhlükədən necə qorumaq olar? - VİDEO  |     22:52 Mikayıl Cabbarov: "Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb"  |     22:48 Bakıda da peyda olmağa başlayır - Qarşınıza çıxsa, dərhal uzaqlaşın  |     22:41 Lavrovdan Paşinyana açıq xəbərdarlıq: İki stulda oturmaq olmaz  |     22:36 Bakıda sürücü sükan arxasında öldü  |     22:29 Rəqəmsal fırıldaqçılıqla mübarizə üzrə tələblərə riayət etməyən qurumlar cərimələnəcəklər (XƏBƏRDARLIQ)  |     22:22 Azovda həlak olanların nəşi vətənə gətirildi  |     22:16 "Paşinyanı dəstəklədiyim üçün çox qürur duyuram" - Trampdan təbrik  |     22:11 Hacıqabulda açıq ərazidə yanğın söndürüldü  |     22:02 Bakıda bağçada valideynlərdən pul yığılır? - İDDİA - VİDEO  |     21:55 Tramp: İranla razılaşma 2–3 gün ərzində imzalana bilər  |     21:51 Ermənistanla münaqişənin həllindən sonra Azərbaycan orta güc konsepsiyasına keçib  |     21:43 İki teatr Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:41 Həyat yoldaşını atası ilə birlikdə qətlə yetirən qadının məhkəməsi  |     21:31 Masazırda lüks avtomobillə xuliqanlıq edən sürücü həbs edildi  |     21:30 Məzunlar təhsil xərclərini neçə ilə çıxarır? - AÇIQLAMA  |     21:21 Tovuzda fermada MÜƏMMALI ÖLÜM  |     21:17 Eldar "Avroviziya"dakı uğursuzluqların səbəbini açıqladı  |     21:09 Dondurmanın gözlənilməz FAYDASI  |     21:04 35 valideyn hüquqlarından məhrum edilib - Kamran Əliyev  |    
Left Banner
Right Banner

"Talassemiya işi" ilə bağlı məhkəmədə hakimin sualı tanınmış həkimi çətin duruma saldı

23.04.2025 17:51 1 137
Talassemiyalı uşaqlar üçün toplanmış bir milyon manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilənlər Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən proses əlavə şahidlərin ifadələri ilə davam etdirilib.

Talassemiya mərkəzinin sabiq işçisi Xuraman Cəfərova mərkəzdə əvvəl həkim, daha sonra isə baş həkim kimi işlədiyini deyib.

"Zərərçəkən Aynur Əsədli mənə yaxınlaşdı ki, Aynur Bayramova bizdən pul alıb xəstəmizin müalicəsi üçün. Bütün bunlar mən mərkəzə baş həkim təyin olunmamışdan əvvəl baş verib. Mən baş həkim olandan sonra bu kimi halların qarşısını alıb rəhbərliyə məlumat vermişəm. Aynur mərkəzə gələndə xəstələrlə birlikdə qeydiyyatçı və kuryer kimi gəlib".

Sabiq baş həkim hər hansı bir pasiyenti təqsirləndirilənlərə yönəltməyi ilə bağlı vəkilin sualını cavablandıraraq deyib ki, o bunu qətiyyən etməyib və bu şəxslərin talassemiyalı xəstələrin Türkiyədə müalicəsini təşkil edə biləcəklərindən xəbəri olmayıb.

Onun bu ifadəsi bəzi zərərçəkənlərin etirazı ilə qarşılanıb. Zərərçəkənlər sabiq baş həkimə irad tutaraq bildiriblər ki, necə olur ki, təqsirləndirilən şəxslər mərkəzdə açıq aşkar pasiyentlərin qeydiyyatını apardıqları halda baş həkimin bundan xəbəri olmur?

Xuraman Cəfərova isə buna cavab olaraq deyib ki, bu hallar onun çalışdığı dönəmdən əvvəl olub.

Onun bildirdiyinə görə, sözügedən faktlar əvvəlki baş həkim Afaq Nəsibovanın çalısdığı vaxta təsadüf edib.

Təqsirləndirilən Aynur Bayramova isə sabiq baş həkimi yalan danışmaqda ittiham edərək onunla səs qeydlərinin və yazışmalarının olduğunu deyib. Bununla yanaşı təqsirləndirilən onu da vurğulayıb ki, Xuraman Cəfərova onların mərkəzdə fəaliyyət göstərməsi üçün, hətta otaq da ayırıbmış.

Təqsirləndirilən Nuridə Seyidova isə Aynur Bayramovadan fərqli olaraq sabiq baş həkimi tanımadığını deyib.

Taninmış həkim Mircəlal Kazımi yenidən əlavə şahid kimi dindirilib.

Şahid həkim Nuridə Seyidovadan başqa digər zərərçəkənləri tanıdığını vurğulayaraq bildirib ki, xəstə ailələrinə yardım məqsədilə bu şəxslərin belə bir xidmət göstərmələri ilə bağlı həmin pasiyentləri onlara istiqamətləndirib.

Zərərçəkən Kamil Əhmədovun həyat yoldaşının həkim Mircəlal Kazıminin iştirakı ilə qaraciyər əməliyyatına görə 46 min manat tələb edildiyi halda xəstənin yaxınları bu məbləğin 23 min manatını hazırlayaraq vasitəçilik edən təqsirləndirilənlərə təqdim ediblər. Məbləğin digər hissəsi ödənilmədiyindən xəstə əməliyyata alınmayaraq dünyasını dəyişib.

Prosesi idarə edən hakimlərdən Şəlalə Həsənovanın həkimə - "Pula görə insanlığı bu dərəcədə də arxa plana atmaq olarmı?" - sualı tanınmış həkimi çətin duruma salıb.

Həkim isə, öz növbəsində, xanım hakimin bu sualından yayınaraq - "Bu, qlobal bir problemdir, möhtərəm hakim, bunun cavabı məndə deyil", - deyə cavab verib.

Daha sonra zərərçəkənlər Talassemiya mərkəzinin sabiq direktoru Valeh Hüseynovun əlavə şahid kimi prosesdə dindirilməsi ilə bağlı vəsatət veriblər.

Vəsatət təmin olunmadan rədd edilib.

Prosesdə daha sonra sənədlərin tədqiqi mərhələsinə start verilib.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə, digər ağır xəstələrə, onların yaxınlarına qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfərin etibarından sui-istifadə edərək 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner