Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Alimlər "3I/ATLAS" ulduzlararası obyektinin rəngində dəyişiklik qeydə alıblar

31.10.2025 18:16 963
Alimlər
Harvard astrofiziki Avi Lebin mümkün yadplanetli aparat hesab etdiyi ulduzlararası "3I/ATLAS" obyekti Yerə yaxınlaşarkən qəfil rəngini dəyişib və parıltısını kəskin şəkildə artırıb.

Bu barədə "ArXiv.org" platformasında dərc olunmuş yeni tədqiqatda qeyd olunub.

Astronomlar Çiçen Çjan və Karl Bettamsın 28 oktyabr tarixli müşahidələrinə əsasən, Günəşə yaxınlaşarkən obyekt şüalanmanı spektrin qırmızı hissəsindən mavi hissəyə keçirib və parlaqlığını bir neçə dəfə artırıb.

Avi Leb öz məqaləsində qeyd edib ki, bu cür rəng və intensivlik dəyişikliklərini adi kometalarla izah etmək mümkün deyil. Obyektin temperaturu Günəşin temperaturunu belə üstələyə bilər.

Alim əlavə edib ki, temperaturun qəfil yüksəlməsi mühərrik qurğusunun işləməsi ilə əlaqəli ola bilər ki, bu da "3I/ATLAS"ı məlum kosmik cisimlər arasında unikal edir. Onun sözlərinə görə, obyekt qeyri-qravitasiya təcili göstərir və Yupiter, Venera və Marsın yaxınlığından keçərək anomal trayektoriya üzrə hərəkət edir. Lebin fikrincə, bu amillər onun süni mənşəli olması ehtimalını irəli sürməyə imkan verir.

Son xəbərlər