Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var | 12:22 Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir | 12:20 Oğuzda meşədən yanmış kişi meyiti tapıldı | 12:19 25 gün meteor yağışı olacaq | 12:09 İşdən çıxarılan şəxslərə kredit borcları ilə bağlı şad xəbər | 11:44 Novxanı-Pirşağı yolunda qəza: 5 nəfər xəsarət aldı | 11:40 Antonelli tarixdə ən gənc "Formula-1" çempionu oldu | 11:34 Bakı Dövlət Universitetinin dosenti vəfat etdi | 11:25 "Binance" istifadəçiləri vəsaitlərini kütləvi şəkildə çıxarırlar | 11:20 İsmayıllıda oğul söyüş söyən atasını öldürdü - Təfərrüat | 11:16 Bakıda evlər sökülür: Ağaclar, zirzəmi, hasarlara da pul verilir | 23:01 Sabah meteohəssas insanlar üçün hava necə olacaq? |
Mojo.az Avto
Mojo.az Avto

Xirosima bombasından 500 dəfə güclü: Yerə yaxınlaşan asteroid barədə qorxunc AÇIQLAMA

04.02.2025 12:19 876
Xirosima bombasından 500 dəfə güclü: Yerə yaxınlaşan asteroid barədə qorxunc AÇIQLAMA
Futbol meydançası ölçüsündə olan və "2024 YR4" adlandırılan asteroid "şəhərqıran" kateqoriyasına aiddir. Onun atmosferdə partlayışının gücü Xirosima bombasından 500 dəfə çox olacaq.

Bu barədə NASA-dan bildirilib.

Alimlərin sözlərinə görə, nəticələr düşmə yerindən asılı olacaq. Mümkün zərbə zonaları Sakit və Atlantik okeanları, Cənubi Amerika, Afrika və Cənubi Asiya göstərilir.

"O krater yaratmayacaq, lakin böyük şəhəri məhv edə bilər, 1908-ci ildə Tunquskada olduğu kimi. Orada zərbə dalğası 2 min kvadrat kilometr ərazidə milyonlarla ağacı aşırmışdı. Əgər asteroid okean üzərində partlayarsa, xüsusilə sahilə yaxın baş verərsə, sunami yarana bilər", - deyə mütəxəssislər vurğulayıblar.

Bununla belə, mütəxəssislər bəşəriyyətin hazırlaşmaq üçün vaxtı olduğunu bəyan ediblər. Onlar 2022-ci ildə uğurlu "NASA DART" missiyası zamanı kosmik aparat vasitəsilə asteroidin yönündən sapdırılmasını xatırladıblar.

"Bu metod "2024 YR4"ə də tətbiq edilə bilər", - deyə alimlər təşvişə düşməməyə çağırırlar.

"Qorxmağa dəyməz. Fəlakətin qarşısını almaq üçün lazımi texnologiyalarımız var", - deyə o əlavə edib.

Bundan əlavə, alimlər digər üsulları da - asteroidin trayektoriyasını dəyişdirmək üçün onun bir hissəsinin lazer buxarlanması, yaxud "qravitasiya traktoru" - öz qravitasiyası ilə asteroidi Yerdən yavaş-yavaş uzaqlaşdıracaq kosmik gəmini nəzərdən keçirirlər. Əgər bu metodlar səmərəsiz olarsa, insan tələfatının qarşısını almaq üçün əhalinin mümkün zərbə zonasından təxliyəsi həyata keçiriləcək.

Qeyd edək ki, "2024 YR4" adlandırılan asteroid 22 dekabr 2032-ci ildə Yerlə toqquşa bilər.

"2024 YR4" ilk dəfə 27 dekabr 2024-cü ildə Çilidəki "El Sauce" rəsədxanasında aşkar edilib. Astronomların hesablamalarına görə, onun diametri 40-90 metr arasındadır. Artıq Yeni ilə qədər o NASA tərəfindən "xüsusi diqqət tələb edən obyekt" kimi qeydə alınıb.

Son xəbərlər