Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |     11:37 Azərbaycan nefti ucuzlaşıb  |     11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |     11:28 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü (Yenilənib)  |     11:25 İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"  |     11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Yerə yaxınlaşan təhlükəli asteroidin toqquşma ehtimalı əhəmiyyətli dərəcədə artdı

07.02.2025 12:36 1 338
Yerə yaxınlaşan təhlükəli asteroidin toqquşma ehtimalı əhəmiyyətli dərəcədə artdı
NASA-nın Yerətrafı Obyektlərin Tədqiqatı Mərkəzinin astronomları həyəcan təbili çalır: son hesablamalara görə, 2024 YR asteroidinin planetimizlə toqquşma ehtimalı əhəmiyyətli dərəcədə artıb.

Median.Az
bu barədə "The Guardian"a istinadla məlumat verir.

Mütəxəssislərin hesablamalarına görə, 2032-ci ildə baş verə biləcək kosmik obyektin Yerlə toqquşma ehtimalı hazırda 2.3% təşkil edir. Bundan əvvəl asteroidin zərbə ehtimalı 1.3% təşkil edirdi.

2024 YR4 ilk dəfə 27 dekabr 2024-cü ildə Çilidəki "El Sauce" rəsədxanasında aşkar edilib. Astronomların hesablamalarına görə, onun diametri 40-90 metr arasındadır. Yeni ilə qədər o, NASA tərəfindən xüsusi diqqət tələb edən obyekt kimi qeyd edilib.

Futbol meydançası ölçüsündə olan asteroid "şəhərqıran" kateqoriyasına aid edilib. Mütəxəssislərin hesablamalarına görə, onun atmosferdə partlayışının gücü Xirosima bombasından 500 dəfə çox olacaq. Alimlər bildiriblər ki, nəticələr düşmə yerindən asılı olacaq. Mümkün zərbə zonaları Sakit və Atlantik okeanları, Cənubi Amerika, Afrika və Cənubi Asiya göstərilir. Elm adamlarının sözlərinə görə, asteroidin zərbəsi krater yaratmayacaq, lakin böyük şəhəri məhv edə bilər.

Son xəbərlər