Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Yer kürəsinə kometa yaxınlaşır

30.03.2020 17:27 1 597
Yer kürəsinə kometa yaxınlaşır
Bu yaxınlarda aşkar edilmiş, rəsmi adı C/2019 Y4 olan Atlas kometası Yerə yaxınlaşır.

Parlaqlığına görə, Veneraya bərabər olan göy cismi son bir neçə gün ərzində daha parlaq olub.

Bu tendensiya Atlasın Günəşə yaxınlaşması ilə artır.

Poisknews.ru saytının məlumatına görə, hazırda kometanı ulduzların səkkizinci ölçü (orta ölçülü teleskopla görünən, lakin adi gözlə görünməyən) parlaqlığına aid edirlər.

İşıqlanmanın intensivliyi belə sürətlə artarsa, Yer kürəsinə may ayında yaxınlaşması gözlənilən kometanın parlaqlığı həmin vaxt 9-10 ölçüyə çata bilər.

Astronomlar hesab edirlər ki, Atlası gözlə görmək mümkün olacaq.

Son xəbərlər