Mojo.az Banner
13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

SOCAR-a yeni səlahiyyət verildi - SƏRƏNCAM

10.12.2024 16:37 2 211
SOCAR-a yeni səlahiyyət verildi - SƏRƏNCAM
Azərbaycan Prezidentinin 25 fevral 2014-cü il tarixli "Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” sərəncamına dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, bu layihələrin icrası həvalə edilmiş "Cənub Qaz Dəhlizi” QSC-də dövlətin payı 51 %-dən 49 %-ə, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı isə 51 %-ə çatdırılıb.

Bu qərar "Cənub Qaz Dəhlizi” QSC-nin maliyyə nəticələrinin SOCAR-ın maliyyə hesabatlarında tam konsolidasiyası üçün tələb olunan Cəmiyyətin idarə edilməsində SOCAR-ın üstünlük hüquqlarının təmin edilməsi məqsədilə verilib.

İqtisadiyyat Nazirliyinə bu sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görülməsi tapşırılıb. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.скачать dle 11.3
Mojo.az Banner