Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

44 milyon manatdan çox vəsaiti ölkəyə qaytarmayan vəzifəli şəxslər İFŞA OLUNDULAR

04.12.2024 17:15 1 110
44 milyon manatdan çox vəsaiti ölkəyə qaytarmayan vəzifəli şəxslər İFŞA OLUNDULAR
Xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

İstintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına, habelə vergilərin ödənilməsindən yayınmasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Belə ki, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə Vasif Həsənxan oğlu Kərimovun Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması zamanı xəsarət almış I qrup əlillik dərəcəsi olan şəxslər -Yalçın Oqtay oğlu Nemət və Şəmistan Kidır oğlu Askarovun adlarına qeydiyyata alınmış vergi ödəyicilərinin eyniləşdirmə nömrələrindən istifadə etməklə apardığı sahibkarlıq fəaliyyəti zamanı konsiqnasiya yolu ilə xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 19 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 33 milyon manatdan artıq) pul vəsaitini Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarmaması və 3 milyon manatdan artıq vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması müəyyən edildiyindən Vasif Kərimov təqsirləndirilən şəxs qismində cəlb olunub və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı ilə məhkəmənin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilib.

Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə "Şam-Od" MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkəyə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 1.5 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 2.5 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Şamil Kamil oğlu Təhməzov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, Bakı şəhəri Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə istintaq edilən cinayət işi üzrə "Ay&su" MMC tərəfindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına konsiqnasiya yolu ilə ixrac edilmiş kənd təsərrüfatı məhsullarından əldə olunan ümumilikdə 3 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 5.1 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Aysel Əbilfət qızı iş Aslanova üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.1-ci maddələri ilə istintaq edilən cinayət işi üzrə "Exspressagro" MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkəyə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 2.3 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 3.9 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Toğrul Elşən oğlu iş Əliyev üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Ağsu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə "Fruit" MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkəyə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 114 min ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 193 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Asif Maarif oğlu iş Bədəlov üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.скачать dle 11.3
Mojo.az Banner